Xərçəng dərmanlarının növləri hansılardır?
Kimyaterapiya, hormon müalicəsi, ağıllı dərman, immunoterapiya, tirozin kinaza inhibitoru, kiçik molekullu dərman, monoklonal anticisim, anticisim-dərman konjuqatı, kombinə müalicə nədir? Xərçəngdə hansı məqsədlə istifadə edilir?

Bu məqalədə
Xərçəng müalicəsi son əsrdə böyük inkişaf göstərdi. Onkologiyadakıinkişaflar tək və ya birlikdə istifadə edilən müalicələrlə hər gün daha çox xəstənin həyatına töhfə verir. Çeşidlərin artması xəstə və yaxınlarını çaşdıra bilər. Buna görə ən yayğın antixərçəng maddələri və kombinə müalicəni qısaca izah etdik.
Kimyaterapiya

Bu gün xərçəng müalicəsi deyiləndə ilk ağla gələn üsul olan kimyaterapiya xərçəngi birbaşa sağaltmaq məqsədilə istifadə edilən dərman və ya dərmanlardır. 1950-ci illərdə kəşf edilmiş bu dərmanların hədəfi birbaşa sürətlə böyüyən və çoxalan xərçəng hüceyrələrini məhv etmək və ya hüceyrələrin böyüməsini nəzarət altına almaqdır. Buna görə kimyaterapiyalara sitotoksik (hüceyrəöldürücü) adlanır. Tam sağaltmaqla yanaşı, təkrar xərçəng riskini azaltmaq, böyüməni dayandırmaq və ya yavaşıtmaq üçündür.
- Neoadjuvant (kiçildici) kimyaterapiya: Əməliyyat kimi əsas müalicədən əvvəl şişi kiçiltməkdir.
- Adjuvant (qoruyucu) kimyaterapiya: Əsas müalicəyə kömək edən müalicə üsuludur. Cərrahiyyə və ya radioterapiyadan sonra tətbiq edilir və bədəndə qala bilən xərçəng hüceyrələrini məhv etməyi hədəfləyir. Bununla xəstəliyin təkrarlanma riskinin azaldılmasına çalışılır.
- Palliativ (dəstək) kimyaterapiya: Məqsəd şişi kiçildib ağrı-şikayəti azaltmaq, ömrə töhfə verməkdir. Xərçəng, metastaz verəndə və ya təkrarlananda tətbiq olunur.
Hormon müalicəsi

Döş və, prostat xərçənginin çoxu böyümək üçün hormona ehtiyac duyur. Döşdə, estrogen və prostatda, androgenlərdirdir (testosteron kimi). Bu hormonların səviyyələrini azaltmaq və ya xərçəng hüceyrələri tərəfindən istifadəsinə mane olmaq, əksər hallarda müəyyən müddət hormona həssas şişlərin kiçilməsini və ya böyüməsinin yavaşlamasını təmin edir. 1970-ci illərin əvvəlində hazırlanmağa başlanan hormonal müalicələr tək istifadə oluna bildiyi kimi cərrahiyyə, radioterapiya və ya kimyaterapiya ilə birlikdə də istifadə edilə bilər.
- Döşdə hormon müalicəsi (ətraflı)
- Prostatda hormon müalicəsi (ətraflı)
Hədəfli ağıllı dərmanlar
Ağıllı dərman deyilən, genetik hədəfli yönələn müalicələr xərçəngin inkişafını və yaşamasını təmin edən müəyyən genləri, zülalları və ya toxumaları hədəfləyən müalicə üsuludur. 1980-ci illərdən sonra kəşf edilən bu dərmanlar xərçəngə xas zəif nöqtələri hədəfləyir və beləliklə xərçəng hüceyrələrinin çoxalması dayandırılır və ya böyüməsi yavaşladılır, normal hüceyrələr isə xeyli az zərər görür.
Hədəflədikləri proseslər:
- Hiperaktiv genlər: DNAmutasiyalarının protoonkogeni aktiv, şiş basdıranı təsirsiz etməsi (genlər üçün, baxın).
- Davamlı çoxalmaya məcbur edən, hüceyrədaxili siqnal yolları,
- Apoptoz (proqramlı ölüm) siqnalına müqavimət,
- Metastaz mexanizmləri və,
- Angiogenez: yeni şiş damarının yaranması.
Hədəfli müalicə hər xəstə və hər xərçəng növü üçün işlədilə bilməz. Hədəfli dərmanı istifadə etmək üçün çox vaxt uyğunluğa dair genetik testlər lazımdır.
3 sinifdə öyrənilir:
- Kiçik molekullu dərmanlar
- Monoklonal anticisimlər
- Anticisim-dərman konjuqatları
Genetik hədəflilərin çoxu, kiçik molekullu tirozin kinaza inhibitoru və, monoklonal anticisimdir. Kiçik molekulu adın sonundakı «,-ib», anticisimi «,-ab» ilə tanıyırsınız. Tirozin kinaza inhibitorları, ağızdan alınan antixərçəng maddələridir. Anticisim parenteral, çoxu venadan, azı dərialtı verilir.
1. Kiçik molekullar
Kiçik molekullu dərmanlar təsir göstərmək üçün hədəf hüceyrəyə asan daxil olacaq qədər kiçik maddələrdir. Xərçəngdə çoxu çoxalma, yaşama, köç və angiogenezdə iştirak edən xüsusi hüceyrədaxili amili hədəfləyir. Konkret hədəfə görə hədəfli maddə adlanır. Amma monoklonal anticisim kimi başqa dərmanlar da hədəfli sayıla bilər.
Əngəllədiyi amil və ya prosesə görə çox kiçik molekul sinfi var. Böyük bir sinif hüceyrədə olan və ya hüceyrənin ifadə etdiyi tirozin kinaza zülallarını basdıran molekullar – tirozin kinaza inhibitorlarıdır. Məsələn ağciyər xərçəngində EGFR və, ALK reseptoru, mutasiyalarınaqarşı dərmanlar.
Kiçik molekullu dərmana bağlı yan təsirlər onun təsir mexanizminə görə dəyişir və çox yan təsir mülayim qəbul edilir.
Kiçik molekullu dərmanlar adətən oral (ağız) yolla verilir; bu da çox xəstə üçün onları uyğun edir.
2. Monoklonal anticisimlər
Monoklonal anticisimlər (mAb) iri bioloji agentlərdir — yəni canlı orqanizmlərdən istehsal olunurlar — laboratoriyada hazırlanır və xüsusilə qan dövranındakı hədəfləri tanımaq və onlara bağlanmaq üçün nəzərdə tutulublar. Bununla reseptoru və hüceyrə membranından içəriyə axan hüceyrə siqnalını basqılayırlar, apoptoz kimi funksiyanı və ya immun sisteminin fəaliyyətini dolayı oyadırlar. Bəzi anticisimlər siqnal yolunun xüsusi zülalını hədəflədiyindən hədəfli müalicə sayılır. Nümunələri, HER2-ni hədəfləyən trastuzumab və ya, vaskulyar endotel böyümə faktorunu (VEGF) hədəfləyən bevasizumab ola bilər. Aşağıda izah edilən yeni, immunoterapiyalar da immun sistemə xərçəngi yad tanıtmaq üçün anticisim quruluşlu dərmandır.
Monoklonal anticisimlərlə əlaqəli yan təsirlər onların xüsusi təsir mexanizmlərinə əsaslanır. Bununla belə, bütün monoklonal anticisimlər anafilaktik reaksiya və ya infuziya (toplardamardan serum verilməsi) ilə əlaqəli reaksiya kimi allergik cavablar yarada bilər. Əksər yan təsirlər yüngül hesab edilir.
İri ölçülərinə və mədənin turş mühitində adətən parçalanan molekullardan ibarət olduğuna görə monoklonal anticisimlər venadaxili verilir.
3. Anticisim-dərman konjuqatı
Anticisim-dərman konjuqatları ikili mexanizmə malikdir: xərçəng hüceyrələrinin ekspressiya etdiyi (hüceyrə səthində ifadə olunan) müəyyən hədəfi tuturlar və hədəfə çatdıqdan sonra sitotoksik (hüceyrə öldürücü) agent buraxılır. Anticisim-dərman konjuqatları bu məqsəd üçün 3 fərqli hissədən ibarətdir:
- daşıyıcı monoklonal anticisim,
- sitotoksik kiçik molekul,
- onları bağlayan birləşdirici.
Xərçəngi hədəflədiyindən adi kimyadan az kənar təsirlə daha güclü molekul işlənə bilər.
Anticisim-dərman konjuqatları ilə əlaqəli yan təsirlərin mexanizmləri hələ tam anlaşılmayıb, lakin əsasən onların kiçik molekullarının təsir mexanizmləri ilə bağlı görünür. Allergik reaksiyalar da mümkündür, çünki bu dərmanlar immunomodulyator (immun tənzimləyici) komponentlər olan anticisimləri ehtiva edir. Monoklonal anticisimlərə bənzər şəkildə anticisim-dərman konjuqatları adətən venadaxili tətbiq olunur. Bu quruluşlu dərmanların ən tanınmışlarından biri döş xərçənginin müalicəsində istifadə edilən Kadcyla (ado-trastuzumab emtansine).
Xərçəng immunoterapiyası

Hüceyrə hədəflilərdən sonra, immun sistemin əyləcini götürən təsirli, immun nəzarət inhibitorları 1990-lardan sonra hazırlandı. Tanı və müalicədə, immun sisteminin rolu anlaşıldı. Hədəf yalnız şiş deyil, şiş mikromühiti və immunitet sistemidir. Şişlərin müxtəlif mexanizmlərdən (CTLA-4, PD1 və PD-L1) istifadə edərək immunitet sisteminin nəzarətindən necə yayındığı müəyyən edilib və bu mexanizmlərə təsir edən dərmanlara immunoterapiya adlanır. Bunlar birbaşa öldürüb hədəfləmək əvəzinə xəstənin immun sistemini dəstəkləyib vəzifəsini yerinə yetirməyə çalışır. Hər gün daha çox xərçəngdə təsiri göstərilir. Hazırda ölkəmizdə dəri xərçəngi bədxassəli melanoma, böyrək xərçəngi və limfomanın müəyyən alt tiplərinə təsdiqlidir.
- Əlaqəli mövzu: İmmunoterapiya yan təsirləri və müalicəsi?

Kombinə müalicə
Xərçəng alt və nadir görülən növləri ilə sayı 1000-ə çatan, mürəkkəb və çoxsəbəbli xəstəlik qrupudur və belə xəstəliyi tək dərman və ya tək üsulla müalicə etməyin çox vaxt mümkün olmadığı artıq daha yaxşı anlaşılıb. Bu gün xərçəng müalicəsində uğurlu və davamlı nəticələr yuxarıda növlərini saydığımız çoxlu dərmanın və digər xərçəng müalicəsi üsullarının (cərrahiyyə, radioterapiya, hipertermiya, regional ablativ müalicələr, minimal müdaxiləvi cərrahiyyələr kimi) birləşdirilməsi ilə əldə edilir. Bu məqamda öz sahəsində mütəxəssis şəxslərdən ibarət multidissiplinar komanda işi çox əhəmiyyətlidir.
Mənbələr
2. National Cancer Institute. Chemotherapy to treat cancer. Posted April 29, 2015.
3. Imai K, Takaoka A. Comparing antibody and small-molecule therapies for cancer. Nat Rev Cancer. 2006.
4. Vezina HE, Cotreau M, Han TH, Gupta M. Antibody-drug conjugates as cancer therapeutics: past, present, and future. J Clin Pharmacol. 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.