Bütün dövrlərin ən populyar 10 alternativ müalicəsi

- Turmeric (sarıkök) – Sarıkökün ingiliscə qarşılığı Turmeric-dir və içindəki aktiv maddə kurkumin adlanır. Xərçəngdən idman zədələrinə qədər hər şeyi müalicə edən möcüzəvi ədviyyat iddiası ilə satılır. Kurkuminin xərçəngdə necə işə yaramadığının hekayəsini Sarıkök (Kurkumin) və xərçəng adlı yazımızda oxuya bilərsiniz.
- Homeopatiya – İddia səviyyəsi ən zəif alternativ müalicələrdəndir. 200 il əvvəl tapılsa da, suyun yaddaşı olduğunun kəşfi ilə yenidən populyarlaşıb. Homeopatiya, bənzər bənzəri sağaldır prinsipinə əsaslanır və dəfələrlə durulaşdırılmış homeopatik dərmanlar sağlam insanlara verildikdə yaratdığı əlamətləri daşıyan xəstələrdə istifadə edilir. Bir tərəfdə yüksək dozalı vitaminlər və kurkumin, digər tərəfdə minlərlə dəfə durulaşdırılmış fitoterapiya məhsulları; alternativ tibb idealı bir cür tapa bilmir…
- Əlaqəli mövzu: Homeopatiya səbəbindən uşaq həyatını itirdi
- Banka terapiyası – Rekordçu üzgüçü Michael Phelps vasitəsilə bütün dünya tanısa da, çox qədim tarixi vardır. Fizioterapiya vasitəsi kimi sınanır. Xərçəngə dair iddiası olmadığından burada təfərrüata girməyəcəyik.
- Aromaterapiya – Xoş qoxulu şeylər əsəbləri sakitləşdirməyə kömək edə bilər. Masaj terapiyalarının gözəl tamamlayıcısıdır.
- Detoks – Təkcə adının belə özünü satmağa kifayət etdiyini deyə bilərik. Bədəni ağır metallardan təmizləmək iddiası daşıyır. Yüzlərlə, bəlkə minlərlə müxtəlif detoks üsulu olduğundan bu başlıq altındakı üsulların tibbi təsirini ölçmək demək olar ki, mümkün deyil. Onsuz da bu gün sağlamlıq iddiasından çox rifah xidmətidir.
- Qəhvə imalələri – Başda peyvəndlər olmaqla elm və texnologiya məhsulu demək olar ki, hər şeyi autizmin səbəbi sayan “tərəfdarları” anusdan qəhvə ilə imalə tətbiqinin autizmi müalicə edə biləcəyini iddia edirlər.
- Əlaqəli mövzu: AUTİZM: Peyvəndlər, xüsusi pəhrizlər və xərçənglə əlaqəsi
- Qara məlhəm – Tarix boyunca qara məlhəm adı ilə çox sayda və növdə qarışıq istifadə edilmişdir. Bizdə qarşılığı ixtiol məlhəmidir. İxtiol xam neftin sulfat turşusu ilə işlənərək suda həll olan hala gətirilmiş formasıdır. Ekzema və xalq arasında çiban kimi tanınan dərialtı abseslərdə sınanır. Bu gün dünyada hələ səthi şişlərin müalicəsində qara məlhəmin sınandığı bölgələr vardır. Bu məlhəmlərin bəzisi kimyəvi xüsusiyyətlərinə görə yaraları yandırıb dağlayır. Böyük ağrıya baxmayaraq çox məhdud fayda…
- Paleo pəhrizi – Daş dövrü pəhrizi kimi də tanınan bu qidalanma Amerika Tamamlayıcı və Alternativ Tibb Dərnəyinə görə indiyə qədər kəşf edilmiş ən yaxşı pəhrizdir. Lakin elmi sübutlar əksini deyir; daş dövrü pəhrizi dünyanın ən sağlam pəhrizləri siyahısının sonlarında yer alır.
- Əlaqəli mövzu: Dünyanın ən yaxşı pəhriz - qidalanma proqramları siyahısı açıqlandı
- Xiropraktik manipulyasiya – Xiroterapiya manipulyasiyası təəccüblü olmayan şəkildə bütün TAT tətbiqlərinin ən yaxşı və gəlirlilərindəndir. Xiropraktika (yunanca: chiro əl + praktikós ilə edilən), sinir sistemini tənzimləmək üçün onurğa, sümük və əzələlərə müdaxilə prosesinin adıdır. Son vaxtlar getdikcə daha çox valideynin yenidoğulmuş körpələrinin onurğasını manipulyasiya etmək üçün xiropraktorlara icazə verdiyi diqqət çəkir. Xüsusilə körpələrdə diqqətsizlik çox ağır nəticələr verə bilər.
- Kannabis – Bütün məlum xəstəlikləri müalicə edən möcüzəvi (?) bu bitki bir çox ölkədə ya qadağandır, ya da dövlət nəzarətində istehsal edilir. Kannabis tərəfdarlarına görə xərçəng xəstəsi sağalmaq üçün onu istifadə edir, amma yenə həyatını itiribsə, mümkün səbəb kifayət qədər erkən başlamaması, başqa ənənəvi terapiya alması və ya yanlış bitkidən istifadə etməsidir.
- Əlaqəli mövzu: Kannabis - çətənə tibbi məqsədlə istifadə edilə bilərmi? Potensial riskləri və faydaları hansılardır?
Tamamlayıcı və alternativ müalicələrin dünya üzrə nüfuzlu adı sayılan Professor Dr. Edzard Ernst bu siyahıya yalnız əylənmək üçün və düşünməyə dəyər olduğundan satirik üslubda bunları əlavə etmişdir.
- Bach çiçək dərmanları – Mozart şokolad topları qədər yaxşı deyil.
- Kraniosakral terapiya – Yaxşı ödənişlə birlikdə beyində parıltılar. - Gerson pəhrizi – Qəhvədən zövq almağın alternativ yolu.
- Sidik müalicəsi – Öz dərmanınızı hazırlamaq aptekə gedib pul xərcləməyinizə mane olur.
- B17 vitamini – Əriklər çox yaxşıdır, kiçik dad qaçamağına dəyər.
- Xelasiya müalicəsi – Qanınızdan kalsium götürülür ki, sonra kalsium əlavəsi ala biləsiniz.
- Kolloid gümüş – Aldanmayın, qızıl həmişə daha yaxşıdır.
- Gua sha – Ağrısız qazanc olmaz (tətbiq edənlər üçün).
- Arıqlama əlavələri – Pulqabınızı yüngülləşdirməyə zəmanət verilir.
- Naturopatiya – “təbii = yaxşı” yanılmasını uğurlu ticarətə çevirmək sənəti.
- Ökse otu – Milad üçün gözlənilən dəyərli şeydir.
Siyahıya daha onlarla alternativ müalicə əlavə edilə bilər. Bəlkə bunlardan daha mühüm məsələni müzakirə etmək lazımdır: Xərçəngdə tamamlayıcı və alternativ müalicələrə ehtiyac hiss edilməsinin səbəbləri
Mənbələr
edzardernst.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.