Hərəkətsiz-oturaq həyat tərzinin nəticələri və həll tövsiyələri

Bu məqalədə
Oturaq (hərəkətsiz) həyat tərzi həm fərdi, həm də ictimai baxımdan mühüm ictimai sağlamlıq problemidir. Bir sıra xroniki xəstəliklərə səbəb olduğu bilinsə də, oturaq həyat tərzləri bir çox ölkədə getdikcə yayılır.
Fiziki fəaliyyət təlimatlarının çoxuna görə, yetkinlər hər həftə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət göstərməlidirlər.
Araşdırmalar yetkinlərin yalnız yüzdə 21-inin fiziki fəaliyyət təlimatlarını yerinə yetirdiyini və yüzdə 5-dən azının gündə 30 dəqiqə fiziki fəaliyyət göstərdiyini göstərir.
Hərəkətsiz həyat tərzinin təhlükələri;
- Hərəkətsiz həyat tərzi piylənməyə, diabetə və bəzi xərçəng növlərinə töhfə verir.
- Son araşdırmalar oturaq həyat tərzi ilə əlaqəli sağlamlıq risklərini daha aydın ortaya qoyur.
- Əlaqəli mövzu: Hər artıq kiloqram ömürdən alır – 195 ölkəyə aid 25 illik piylənmə tədqiqatının nəticələri
Tədqiqatlar davamlı olaraq hərəkətsiz həyat sürməyin aşağıdakı vəziyyətlərə səbəb ola biləcəyini göstərmişdir;
- piylənmə və köklük
- tip-2 diabet
- bəzi xərçəng növləri
- ürək-damar xəstəlikləri
- erkən ölüm
Uzun müddət hərəkətsiz qalmaq metabolizmi və orqanizmin qan şəkərinə nəzarət etmək, qan təzyiqini tənzimləmək və yağları parçalamaq qabiliyyətini azalda bilər.
Bir tədqiqatda 15 il ərzində toplanan məlumatlar araşdırılmış və fiziki fəaliyyət səviyyəsindən asılı olmayaraq oturaq həyat tərzlərinin erkən ölüm riski ilə əlaqəli olduğu tapılmışdır. Bu, daha çox məşq etməklə yanaşı hərəkətsiz qalma müddətinin azaldılmasının zəruri olduğunu göstərir.
Oturaq həyatın əqli / psixi sağlamlığa təsirləri
Hərəkətsiz həyat tərzinin zehni rifaha da mənfi təsir etdiyi görünür.
10.381 iştirakçı ilə aparılan araşdırmada daha yüksək psixi sağlamlıq pozğunluğu riski hərəkətsiz həyat tərzi və fiziki fəaliyyət çatışmazlığı ilə əlaqəli tapılmışdır.
110.152 iştirakçıdan alınan məlumatları ehtiva edən yeni icmal araşdırması hərəkətsiz davranışla artan depressiya riski arasında əlaqə tapmışdır.
- Əlaqəli mövzu: Xərçəng xəstəsində depressiya və anksiyete – səbəbləri, əlamətləri və müalicəsi

Hərəkətsiz həyat tərzindən uzaqlaşmaq üçün həllər
Daha fəal həyat tərzi xroniki sağlamlıq problemləri, psixi sağlamlıq pozğunluqları və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Fiziki fəaliyyətin artması ilə; Araşdırmalar məşq və idman daxil olmaqla fiziki fəaliyyətin ürək-damar xəstəliyi, tip 2 diabet, piylənmə və erkən ölüm riskini azalda biləcəyini göstərmişdir.
Sübutlar davamlı olaraq məşqin psixi sağlamlığı yaxşılaşdıra biləcəyini göstərir. 1 milyon 200 min insan üzərində aparılan 2018 tədqiqatında məşq edənlər daha az psixi sağlamlıq problemi bildirmişlər.
Qaçış və ya velosiped sürmək kimi müxtəlif ürək-damar məşqlərini ağırlıq məşqləri və bədən çəkisi məşqləri də daxil olmaqla güc məşqləri ilə birləşdirmək ən yaxşısıdır. Ən azı üç dəfə 30 dəqiqəlik qaçışa çıxmaq və həftədə iki dəfə 30 dəqiqəlik güc məşqləri etmək minimum fiziki fəaliyyət qaydalarını qarşılamaq üçün kifayət edəcək.
İnsanlar oturaq keçirdikləri vaxtı bu tövsiyələrlə azalda bilərlər:
- İctimai nəqliyyatda oturmaq əvəzinə ayaqüstə dayanmaq
- İşə piyada gedib-gəlmək
- Nahar fasiləsində gəzintilər
- Masa arxasında işləyərkən hər 30 dəqiqədən bir qalxıb qısa fiziki fəaliyyət göstərmək və ya
- Qəhvə və ya çay fasiləsində gəzmək və ya ayaqüstə dayanmaq
- Evin ətrafında və ya bağ işləri görərək daha çox vaxt keçirmək
- Ofisdən çıxmaq və ya binanın ətrafında gəzmək üçün bəhanələr tapmaq
- Çöldə telefonla danışmaq və eyni zamanda gəzmək
- Televizora baxmaq və ya videooyun oynamaq əvəzinə hobbilərə vaxt ayırmaq
- Lift əvəzinə pilləkəndən istifadə etmək
Nəticə
Araşdırma oturaq həyat tərzinin ciddi sağlamlıq problemlərinə səbəb olduğunu göstərir və bir çox xroniki xəstəlik üçün oturaq həyat tərzi müstəqil risk amilidir. Məsələn, piylənməsi olmayan insanda belə hərəkətsizlik yuxarıda sadalanan xəstəliklərin riskini artırır.
Bir çox insan lazım olduğundan xeyli az fiziki fəaliyyət göstərir və oturaq keçirilən müddət getdikcə artır.
İnsanlar göstərdikləri fiziki fəaliyyətin miqdarını artırmaq və hərəkətsiz qaldıqları müddəti azaltmaq üçün yuxarıdakı üsullardan istifadə edə, beləliklə hərəkətsiz həyat tərzinin nəticələrindən uzaqlaşa bilərlər.
Fiziki fəaliyyət eyni zamanda həyatdan zövq almağın ən gözəl yollarından biridir.
Əlaqəli mövzu
Dünyanın ən uzun yaşayan Mavi Zona insanlarının 8 ortaq xüsusiyyəti
Mənbələr
What are the consequences of a sedentary lifestyle?
medicalnewstoday.com - 29 August 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.