Kimyaterapiyanın yan təsirlərini düzgün qidalanma ilə azaltmaq mümkündür

Bu məqalədə
Kimyaterapiya alırsınızsa, müalicə müddətini mümkün qədər rahat və sağlam keçirmək istəyərsiniz. İstehlak edilən qidaların düzgün seçilməsi bu dövrdə sağlamlığınız baxımından olduqca vacibdir. Bu yazımızda kimyaterapiyanın yan təsirlərini azaltmaq üçün sizə bəzi tövsiyələr verəcəyik.
Kimyaterapiyanın yan təsirlərinin öhdəsindən gəlmək üçün:
- Yeməkləri dadlı şəkildə istehlak edin:
Kimyaterapiya dad hissinizi dəyişə bilər. Bu da müəyyən qida və içkilərin metal dadında və ya dadsız hiss edilməsinə səbəb ola bilər. Məsələn, bu dövrdə su və ətin dadı xoş gəlməyə bilər. Adi su içməkdə çətinlik çəkirsinizsə, dadlandırılmış mineral su içə və ya içməli suya dilimlənmiş limon, xiyar, nanə əlavə edə bilərsiniz. Maye tələbatınızın bir hissəsini müxtəlif çaylar, ayran, kefir kimi digər içkilərlə də qarşılaya bilərsiniz. Ətlərin dadı pis gəlirsə, yumurta, quru paxlalılar, balıq kimi digər zülal mənbələrinə üstünlük verin. - Qəbizliyin qarşısını ala bilərsiniz:
Bəzi şəxslərdə kimyaterapiyanın yan təsiri olaraq qəbizlik müşahidə edilə bilir. Qəbizliyin qarşısını almaq üçün bol maye istehlakı vacibdir. Qidalanmanıza hər növ lif, yəni qida lifi daxil etmək faydalıdır. Quru paxlalılarda, tərəvəz və meyvələrdə bol miqdarda lif olur. Bir qədər məşq və ya gəzinti də bağırsaqlarınız üçün vacib stimullaşdırıcılardır.
- Əlaqəli mövzu: Qəbizlik üçün qidalanma tövsiyələri və nümunə yemək resepti - Çəkinizə nəzarət edin:
Xərçəngin müalicəsi prosesində hərəkət məhdudlaşdığından kalori tələbatı da azalır. Aktiv həyatınızdakı kimi yeməyə və içməyə davam etsəniz, çəki alma riskiniz artır. Bunun üçün ilk növbədə daha az yağlı qidalar və bol tərəvəz istehlakı tövsiyə edilir. - İştahanızı artırın:
Kimyaterapiya alan xəstələrin əksəriyyətində iştaha azalması müşahidə edilir. Bu halda qeyri-kafi qidalanmanın qarşısını almaq üçün taxılları isti istehlak etmək, fındıq-fıstıq əzməsi, pide çörəyi ilə humus, qatıq və püre halına salınmış tərəvəz şorbaları kimi qidalar tövsiyə edilir.
- Əlaqəli mövzu: Xərçənglə bağlı arıqlama — kaxeksiya necə müalicə edilə bilər? - İshalın qarşısını ala bilərsiniz:
İshal şikayətiniz varsa, yağlı və qızardılmış qidalardan, kofeindən, şəkərli içkilərdən və hazır meyvə şirələrindən, salatlardan, çiy məhsullardan, şəkər və alkoqoldan uzaq durmağınızı tövsiyə edirik. Adətən yaxşı qəbul edilən qatıq, yulaf əzməsi, qabıqsız meyvə (alma, şaftalı, banan kimi), kartof kimi qidalara üstünlük verə bilərsiniz.
- Əlaqəli mövzu: Probiotik nədir? Qatıq kolon xərçəngindən qorunma və bağırsaq mikrobiotası üçün faydalıdırmı? - İstehlak etdiyiniz qidaların və sonradan qarşılaşdığınız əlamətlərin gündəliyini tutun:
Hər gün yeyib-içdiklərinizi və ardınca həmin gün ərzində yaşadığınız narahatlıqların əlamətlərini bu gündəliyə qeyd edin. Bununla hansı qidanın ürəkbulanma, ishal və ya qəbizlik kimi şikayətlərinizi artırdığını ayırd edə bilərsiniz.
Son olaraq;
- Ağız yaralarınız varsa, ədviyyəli qidalardan, alkoqoldan və çox isti qidalardan uzaq durun
- Həmişə bol su için
- Bu gün kimyaterapiya ürəkbulanma demək deyil və ürəkbulanmanı nəzarət altına almaq və ya qarşısını almaq üçün olduqca təsirli ürəkbulanma dərmanları mövcuddur. Yağlı və qızardılmış qidalar ürəkbulanmanızı artıra bilər
- Həzmi asanlaşdırmaq üçün yeməklərinizi kiçik öyünlər-porsiyalar şəklində istehlak edin. Az-az, tez-tez yemək həm həzmə kömək edir, həm də ürəkbulanma şikayətini yüngülləşdirir.
Kimyaterapiya alarkən daha rahat proses keçirməyiniz üçün bu məsələlərə diqqət edə, qidalanma və sizə uyğun pəhriz planı üçün qidalanma mütəxəssisindən peşəkar dəstək ala bilərsiniz.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.