Prostat xərçəngində yaşam müddətinə DNA təmir genlərindəki mutasiyalar təsir edir

ESMO 2017-də prostat xərçəngi sahəsində diqqətçəkən tədqiqata görə DNA təmir genlərindəki irsi mutasiyalar hormonal müalicəyə (kastrasiyaya) davamlı metastatik prostat xərçəngində aşağı yaşam müddəti ilə əlaqələndirildi.
Xərçənglərin yüzdə 10-luq hissəsi irsi ötürülən (germlayn) mutasiyalardan qaynaqlanır. Bu mutasiyaların əksəriyyəti DNA təmir genlərində yaranır. Bəzi DNA təmir genlərindəki mutasiyaların prostat xərçəngində qısa yaşam müddəti ilə əlaqələndirilməsinə baxmayaraq, hormon müalicəsinə davamlı metastatik prostat xərçəngində germlayn mutasiyalarla ömrü uzadan müalicələr arasındakı əlaqə barədə tədqiqat yox idi. ESMO 2017-də təqdim olunan tədqiqatda DNA təmir genlərində mutasiyası olan, hormon müalicəsinə davamlı prostat xərçəngi xəstələrində xəstəliyin pis gedişi və yaşam müddəti müşahidə edilmişdir.
Marağınızı çəkə bilər:
Çoxmərkəzli müşahidə PROREPAIR-Bstudy tədqiqatına yeni diaqnozlu metastatik (4. mərhələ), hormon müalicəsinə davamlı davamlı prostat xərçəngi və germlayn mutasiya vəziyyəti bilinməyən xəstələr daxil edilmişdir. Yanvar 2013 ilə aprel 2016 arasında İspaniyadakı 36 institutdan abirateron, enzalutamid, dosetaksel, kabazitaksel və Ra-223 müalicəsi almış 419 xəstə tədqiqata daxil edilmişdir. Tədqiqatçılar xəstələrdən alınan nümunələrdə BRCA1, BRCA2, ATM və PALB2 genlərində irsi mutasiyaların varlığını təhlil edərək bu mutasiyaların xəstəliyin yaranmasına və ilk sıra ömrü uzadan müalicələrə təsirini müəyyən etmişlər.
Tədqiqatın nəticələrinə görə
- 26 xəstənin irsi gen mutasiyası daşıyıcısı olduğu müəyyən edilmişdir. Bu xəstələrin 14-ü BRCA2, 8-i ATM və 4-ü BRCA1 genində mutasiya daşıyır.
- Daşıyıcı xəstələrdə androgen azaldıcı müalicənin (abirateron və enzalutamid) başlanmasından metastatik xəstəliyə keçid müddəti daha qısa olmuşdur. Daşıyıcılarda 23.7 ay, daşıyıcı olmayanlarda isə 26.7-dir. BRCA2 daşıyıcılarında bu müddət 18 ay müəyyən edilmişdir.
- Daşıyıcı xəstələrdə yaşam müddəti daşıyıcı olmayanlardan daha qısa olmuşdur. Daşıyıcılarda 28.5 ay, daşıyıcı olmayanlarda isə 36 aydır. BRCA2 daşıyıcılarında yaşam müddəti çox qısadır (17.4 ay).
- Taksan kimyaterapiyası (dosetaksel və kabazitaksel) alanlarda daşıyıcıların xəstəliksiz sağqalma müddəti 7.8 ay, daşıyıcı olmayanların isə 7.1 aydır.
Nəticə olaraq, irsi mutasiya daşıyanlarla daşıyıcı olmayan xəstələrin xəstəliksiz yaşam müddətləri müqayisəsində əhəmiyyətli fərq tapılmamışdır. Lakin BRCA2 daşıyıcılarında xəstəliyin gedişi çox pisdir.
Marağınızı çəkə bilər:
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.