Qaraciyər detoksu nədir? Doğru bilinən yanlışlar

Bu məqalədə
Qaraciyər zülal sintezi və həzm kimi həyati funksiyalarınyerinə yetirilməsi üçün lazım olan fermentlərin istehsalı da daxil olmaqla 500-dən çox vəzifəsi olan bədənin ən böyük daxili orqanıdır. Ən mühüm vəzifələrindən biri detoksifikasiya adlanan toksinləri bədəndən uzaqlaşdırma funksiyasıdır.
İnsanlar bəzən müxtəlif detoks proqramları və ya qida əlavələri ilə qaraciyəri təmizləyə biləcəklərini düşünürlər. Bu proqramlar həqiqətən faydalıdır, yoxsa bədənə daha çox zərər verir? Gəlin birlikdə nəzərdən keçirək.
Qaraciyər detoksu nədir?
Qaraciyər detoksları bədəndən toksinləri çıxararaq insanın sağlamlığını yaxşılaşdırdığını iddia edən proqramlardır. Detoks pəhrizləri adətən uzun aclıq dövründənsonra çiy tərəvəz, meyvə və meyvə şirələrini ehtiva edir. Bəzi proqramlar yoğun bağırsağın təmizlənməsini (imaləni) və qida əlavələrini dəstəkləyir. Bazarda detoks adı ilə çoxlu məhsul və tətbiq var. Lakin adında detoks olan məhsul və tətbiqlərin kommersiya düşüncələri ilə yaradıla biləcəyi unudulmamalıdır.
Qaraciyər detoks pəhrizləri təhlükəsizdirmi?
Çoxları həftəsonu tətbiq etdiyi müxtəlif detoks proqramları və ya bitki məhsulları ilə qaraciyər detoksu edə biləcəyini düşünür. Halbuki düşünülənin əksinə bunlar bədənə faydadan çox zərər verə bilər.
Bədəndə toksinləri təmizləyən və ya sizi daha sağlam edən hər hansı elmi qaraciyər detoksu yoxdur. Qaraciyər xəstəlikləri üçün tibbi müalicələr var. Lakin onlara detoks proqramları və əlavələr daxil deyil.
Qaraciyər detoks proqramları və əlavələr barədə bilinməlilər
Toksinləri bədəndən çıxarıb daha sağlam yaşamaq üçün tətbiq edilən detoks proqramları və ya qida əlavələrinin arzuolunmaz yan təsirləri ola bilər:
- Bəzi məhsullarda zərərli maddələr var və xəstəlik yaradır.
- Böyrək xəstəliyiniz varsa, çoxlu meyvə şirəsi olan proqramlar vəziyyəti ağırlaşdıra bilər.
- Pasterizə edilməmiş meyvə şirələri immunitetiniz zəifdirsə sizi xəstələndirə bilər.
- Diabetiniz (şəkər xəstəliyi) varsa pəhrizinizi dəyişən proqrama başlamazdan əvvəl həkiminizə müraciət etməlisiniz.
- Zülalı ciddi məhdudlaşdıran və uzun aclıq tələb edən qaraciyər təmizləmə proqramları baş ağrısı və halsızlıq yarada bilər.
- Yaşıl çay ekstraktı qaraciyər zədələnməsinə (hepatitə) səbəb ola bilər. Bəzi rejimlərdəki qəhvə imalələri ölümcül infeksiyalara və elektrolit problemlərinə yol aça bilər.
Qaraciyər detoks proqramları sağlam arıqlamağa kömək edirmi?
Detoksların çəki itkisi verdiyinə dair iddialar var. Lakin mənbə kimi istifadə olunan tədqiqatlar az sayda insanla aparılıb və elmi keyfiyyəti yetərli deyil.
Aşağı kalorili qaraciyər detoks proqramları ilə sürətli çəki itkisi əsasən yalnız maye itkisindənqaynaqlanır. İnsanlar gündəlik yemək vərdişlərinə qayıtdıqda çəkiləri geri alırlar.
Qaraciyər detoksu alkoqol və zərərli qidaların təsirini aradan qaldırmağa kömək edirmi?
Bəziləri detoksdan sonra özünü yaxşı və enerjili hiss etdiyini bildirib. Səbəb bərk yağların, əlavə şəkərli və emal edilmiş qidaların böyük ölçüdə yeyilməməsi ola bilər. Lakin proqramların qeyri-sağlam qida və ya alkoqol mənşəli toksinləri azaltdığına dair sübut yoxdur.
Alkoqol istifadəsinin intensivliyinə görə qaraciyər toksinləri atmaq üçün daha çox işləyəcək. Bununla yanaşı, çox alkoqol zamanla qaraciyər zədələnməsinə, daha sonra sirroz və xərçəngə yol aça bilər.

Qida əlavələri qaraciyəri təmizləməyə kömək edirmi?
Qaraciyər detoksunda ən çox istifadə olunan bitki məhsulları alaqanqal, zəncirotu və sarıkökdür. Bəzi tədqiqatlar alaqanqalın komponentlərinin müəyyən qaraciyər xəstəliklərinin simptomlarını yüngülləşdirməyə kömək etdiyini bildirir. Lakin xəstəliyi müalicə etdiyini göstərən tədqiqat yoxdur.
Sarıkökünqaraciyər zədələnməsindən qorumağa kömək edə biləcəyi iddia edilir. Lakin müntəzəm istifadəni dəstəkləyən yetərli tədqiqat yoxdur. Zəncirotununfaydasını sübut etmək üçün daha çox tədqiqata ehtiyac var.
Alaqanqal ailəsindən ənginar qaraciyərə faydası ilə tanınır. Lakin ənginarı tablet kimi yox, mövsümündə təbii yemək daha düzgündür. Həm özünüzü, həm ailənizi sağlam süfrə ilə birləşdirərsiniz.
Heç bir qida “əlavəsinin” hər hansı xəstəlik üçün səhiyyə qurumlarından istifadə təsdiqi olmadığını unutmayın. Məhsulların çoxu klinik tədqiqatla yoxlanmır. Son illərdə əlavələrin istifadəsindən qaraciyər zədələnməsinin artdığını tez-tez görürük. Buna görə hər hansı məhsuldan əvvəl mütləq həkiminizə müraciət etməlisiniz.
Qaraciyəri gücləndirməyin və xəstəliyin qarşısını almağın yolları nədir?
Genetik amilləri dəyişə bilməsəniz də, qaraciyər xəstəliklərindən qorunmaq üçün həyat tərzi dəyişikliklərinə yönələ bilərsiniz. Aşağıdakılara diqqət edərək qaraciyərinizi gücləndirə və zədələnmənin qarşısını ala bilərsiniz.
- Alkoqolu məhdudlaşdırın, mümkünsə heç istifadə etməyin.
- Hər gün balanslı qidalanın. Tərəvəz, meyvə, çərəz, tam taxıl, yağsız və bitki zülalı mənbələrinə əsaslanan sağlam pəhriz seçin.
- Sağlam çəkinizdəqalın.
- Mümkünsə hər gün məşq edin. Aktiv yaşamırsınızsa əvvəlcə həkimlə məsləhətləşin.
- Ülgüc, diş fırçası və digər ev əşyalarını paylaşmayın.
- Qan və cinsi yolla ötürülən virus hepatitlərinə səbəb ola biləcək riskli davranışlardan çəkinin.
- Ağız və diş prosedurları ilə yanaşı manikür, pedikür və tatu etdirmək istəyirsinizsə, gigiyenik mühitdə steril cihazla edilməsinə əmin olun.
- Əlaqəli mövzu: Qaraciyər piylənməsi nədir, niyə yaranır və hansı problemlərə yol açır?
Nəticə və xülasə
Qaraciyər bənzərsiz orqandır. Heç bir əlavə və tətbiq olmadan hüceyrələrini çox qısa müddətdə yeniləyərək zədələnmiş toxumanı tez bərpa edə bilər. Qaraciyəri sağaltmağı vəd edən detoks pəhrizlərinin elmi sübutu yoxdur.
Sağlamlığınızı qorumaq üçün həqiqətləri şayiədən ayırmalısınız. Əlbəttə, qaraciyəri və sağlamlığı dəstəkləmək üçün edə biləcəyiniz işlər var. Gündəlik diqqət, sağlam / tərəvəz ağırlıqlı qidalanma, alkoqol içməmək və aktiv həyat ən yaxşı detoksdur. Hətta bəzən əlavələrdən istifadə etməmək qaraciyərə nəfəs aldırıb yenilənməsinə kömək edə bilər. Sağlam qaraciyərə doğru hər gün daha sağlam qida seçərək addımlaya bilərsiniz.
*
Mənbələr
2. A. V. Klein, H. Kiat, Journal of Human Nutrition and Dietetics, Detox diets for toxin elimination and weight management a critical review of the evidence, December2014
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.