Qaraciyər xərçənginin müalicəsində ikili immunoterapiya FDA təsdiqi aldı

10 mart 2020-ci ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) əvvəllər sorafeniblə müalicə olunmuş hepatosellülar karsinomalı (HCC) xəstələr üçün nivolumab və ipilimumab (Opdivo və Yervoy) immunoterapiya dərmanlarının kombinasiyasına sürətləndirilmiş təsdiq verdi. Qeyd: Hepatosellülar xərçəng (HepatoCellular Carcinoma = HCC) qaraciyər xərçənginin ən çox rast gəlinən alt növüdür və bütün qaraciyər xərçənglərinin %75-ni təşkil edir. İkili immunoterapiyanın effektivliyi sorafeniblə irəliləyən və ya sorafenibə dözümsüz HCC xəstələrinin daxil edildiyi çoxmərkəzli, çoxkohortlu, açıq etiketli CHECKMATE-040 tədqiqatının Kohort 4 hissəsində araşdırılıb. 49 xəstəyə dörd doza üçün hər 3 həftədən bir 3 mg / kg ipilimumabla birlikdə 1 mg / kg nivolumab, sonra xəstəlik irəliləyənədək və ya qəbuledilməz yan təsirədək hər 2 həftədən bir 240 mg tək agent nivolumab verildi. Əsas effektivlik ölçüləri ümumi cavab nisbəti və cavab müddəti idi.
- Ümumi cavab nisbəti 4 tam cavab və 12 qismən cavabla % 33-dür.
- Cavab müddəti 4.6 ilə 30.5+ ay arasında dəyişir, cavabların % 31-i ən azı 24 ay davam edir.
Ipilimumabla kombinasiyada nivolumabın ən yayılmış (>% 20) yan təsirləri: yorğunluq, ishal, səpki, qaşınma, ürəkbulanma, əzələ-skelet ağrısı, pireksiya (hərarət), öskürək, iştahanın azalması, qusma, qarın ağrısı, təngnəfəslik, yuxarı tənəffüs yolu infeksiyası, artralgiya, baş ağrısı, hipotireoz, çəki itkisi və başgicəllənmə. - Əlaqəli mövzu: İmmunoterapiya dərmanlarının yan təsirləri nədir, necə müalicə edilir? HCC üçün tövsiyə olunan dozalar ilk 4 kursda hər 3 həftədən bir 1 mg / kg nivolumab və eyni zamanda 3 mg / kg ipilimumab, sonra hər 2 həftədən bir 240 mg və ya hər 4 həftədən bir 480 mg nivolumabdır. FDA təsdiqi ümumi cavab nisbətinə və cavab müddətinə əsasən «sürətləndirilmiş təsdiq» olaraq verilib. HCC üçün davamlı təsdiq təsdiqləyici tədqiqatlarda klinik faydanın təsdiqlənməsi və təsvirindən asılı ola bilər.
Mənbələr
fda.gov - 10 March 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.