Sidik Kisəsi Xərçəngi Müalicəsində Diqqətçəkən Nəticə – Enfortumab Vedotin və Pembrolizumab

Bu məqalədə
Metastatik (4-cü mərhələ) urotelial karsinomalı (sidik kisəsi və yolları xərçəngli) xəstələrdə ilk xətt platin əsaslı kimyaterapiya standartdır; lakin platinə uyğun olmayanlarda alternativ standart gemsitabin və karboplatinin dözümlülüyü zəif, sağqalım faydası məhdud ola bilər. Buna görə immun nəzarət nöqtəsi inhibitoru pembrolizumabın (Keytruda) anticisim-dərman konjuqatı, enfortumab vedotin (Padcev) ilə kombinasiyasının lokal irəliləmiş və ya metastatik urotelial karsinomalı, platinə uyğun olmayanlar üçün alternativ olub-olmadığını araşdırmaq məqsədilə EV-103 adlı, klinik tədqiqat aparıldı. İlkin nəticələr, 2020 Genitourinary (GU) Cancers Symposiumtədbirində, Dr. Jonathan E. Rosenberg tərəfindən təqdim edildi.
EV-103 Tədqiqatının Dizaynı və Nəticələri
- 2019-cu ilin oktyabrından etibarən platin əsaslı müalicəyə uyğun olmayan lokal irəliləmiş və ya metastatik urotelial karsinomalı 45 xəstə (median yaş = 69 il) 1.25 mg/kg enfortumab vedotin (1-ci və 8-ci günlər) və pembrolizumab (1-ci gün) aldı.
- Əsas sonlanma nöqtəsi təhlükəsizlik / dözümlülük idi.
- Xəstələrə median (ortanca) 9 kurs enfortumab vedotin + pembrolizumab verildi.
- Enfortumab vedotin + pembrolizumab ilə obyektiv cavab %73 idi; %15.6-sı tam cavab idi. Xəstəlik nəzarət nisbəti %93.3 idi.
- Ən çox görülən (% 58) yan təsir yorğunluq (% 11-i ən azı dərəcə 3), saç tökülməsi (% 53) və, periferik hissi neyropatiya (% 53; %4 ən azı dərəcə 3) idi.
- Bir xəstə müalicə ilə əlaqəli bildirilən mənfi hadisədən öldü (çoxorqan çatışmazlığı).
- Proqressiyasız (müalicə ilə irəliləməsiz) sağqalım 12.3 ay, 1 ildə ümumi sağqalım % 81.6 idi.
- Xəstələrin yarısından çoxu cavab verməyə davam etdiyindən median cavab müddətinə çatılmadı. Cavab verən 33 nəfərin 18-də (% 55) davam edən cavab, 10 aydan uzun 11 cavab vardı.
Nəticə
Metastatik urotelial karsinomalı, ilk xətt sisplatinə uyğun olmayan xəstələrdə enfortumab vedotin + pembrolizumab idarəolunan təhlükəsizlik profili ilə ümidverici fəallıq və davamlılıq göstərir.
Enfortumab Vedotinin Təsir Mexanizmi Nədir?
Enfortumab vedotin-ejfv FDA təsdiqli ilk, Nectin-4-hədəfli anticisim-dərman konjuqatıdır.

Enfortumab vedotin hüceyrə səthində olan və sidik kisəsi xərçəngi hüceyrələrində yüksək ifadə edilən Nectin-4 zülalına yönəlmiş, sinfində ilk anticisim-dərman konjuqatıdır. Preklinik məlumatlar təsirin Nectin-4 ifadə edən hüceyrələrə bağlanmadan, sonra mikrotubul (hüceyrə skeleti) pozan şiş əleyhinə agentin hüceyrəyə daxil olub sərbəstləşməsindən, nəticədə çoxalmanın dayanması və apoptozun (proqramlaşdırılmış hüceyrə ölümünün) tətiklənməsindən qaynaqlandığını göstərir (yuxarıdakı şəklə baxın). Enfortumab vedotin Seattle Genetics və Astellas əməkdaşlığı ilə 2007-ci ildən hazırlanır.
Mənbələr
Study EV-103: Preliminary durability results of enfortumab vedotin plus pembrolizumab for locally advanced or metastatic urothelial carcinoma.
ASCO 2020 Genitourinary (GU) Cancers Symposium, 14 February 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.