Xərçəng müalicəsində 1 aylıq gecikmə ölümlərdə %6-13 artımla əlaqələndirildi

Xərçəng müalicəsi hətta bir ay gecikən xəstələrdə ölüm riskinin % 6 - % 13 daha yüksək olduğu BMJ jurnalında onlayn yayımlanan tədqiqatla göstərildi.
COVID-19 Pandemiyasının yaratdığı müalicə gecikmələri fonunda kanadalı və Birləşmiş Krallıq tədqiqatçıları yanvar 2000 ilə aprel 2020 arasında yayımlanmış müvafiq tədqiqatların icmalını və təhlilini apardılar.
Daxil edilən tədqiqatlar 7 xərçəng növü – sidik kisəsi, süd vəzi, kolon, düz bağırsaq, ağciyər, serviks (uşaqlıq boynu) və baş-boyun xərçəngləri üçün cərrahi müdaxilə, sistemik müalicə və ya radioterapiya məlumatlarını araşdırdı.
Diaqnozdan ilk müalicəyə və ya bir müalicənin tamamlanmasından digərinin başlanmasına qədər gecikmələr ölçüldü.
Gecikmələr hansı xərçəngi olan insanlara nə qədər təsir edir?
Tədqiqat 1,2 milyondan çox xəstənin məlumatları ilə 17 fərqli xərçəng vəziyyəti üçün 34 uyğun tədqiqat müəyyənləşdirdi. Təhlil 17 vəziyyətin 13-ündə gecikmə ilə artmış ölüm göstəricisi arasında mühüm əlaqə aşkar etdi.
- Xərçəng əməliyyatları üçün hər 4 həftəlik müalicə gecikməsində ölüm riskində yüzdə 6-8 artım oldu.
- Sistemik müalicələr (kimyaterapiya, immunoterapiya, ağıllı dərmanlar) üçün hesablamalar fərqlənirdi (zərər nisbəti intervalı, 1.01-1.28).
- Radioterapiyada 4 həftəlik gecikmələrdə baş və boyun xərçəngləri üçün % 9 və serviks (uşaqlıq boynu) xərçəngi adjuvant müalicəsi üçün % 23 artım aşkarlandı.
8 və 12 həftəyədək gecikmələr ölüm göstəricisini daha da artırdı. Süd vəzi xərçəngi cərrahiyyəsində 8 həftəlik gecikmə ölüm göstəricisində yüzdə 17 artımla əlaqəli idi, 12 həftəlik gecikmə isə ölüm göstəricisini yüzdə 26 artıracaqdı.
Demək olar 1 ildir davam edən pandemiya səbəbindən gecikmələrin təkcə Birləşmiş Krallıqda süd vəzi xərçəngindən 1400-dən çox əlavə ölümə səbəb olduğu hesablanır.
Nəticə
Bu tədqiqatdan, xüsusilə pandemiyanın davam etdiyi də nəzərə alınaraq, 2 mühüm nəticə çıxarılmalıdır:
- Pandemiyanın davam etməsi və qış ayları ilə təsirinin artması daha çox gecikməyə səbəb ola bilər; buna görə xərçəng xidmətlərinin təşkilinə dair səhiyyə siyasətinin hazırlanmasına istiqamət vermək üçün bu tədqiqatın məlumatlarından istifadə edilə bilər.
- Müalicənin planlaşdırılması və ya aktiv müalicə mərhələsindəki xərçəng xəstələri müayinələrini/müalicələrini aksatmamalıdır, həmçinin xərçəngin xəbərdaredici əlamətlərinə malik və ya xərçəng skrininqlərinə yönəldilən insanlar onkoloji klinikalara müraciətdə gecikməməlidir.
- Əlaqəli mövzu: Koronavirus Pandemiyasında Xərçəng Xəstəsinin Psixoloji Düşmənləri
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.