D vitamini ilə xərçəngdən qorunma haqqında yeni tədqiqat

Vitaminlər və qida əlavələri Qərb ölkələrində və Amerikada olduqca geniş istifadə olunur. Xüsusilə D vitamini və omega-3 əlavələrinin xərçəngdən və ürək-damar xəstəliklərindən qorunmada təsirli olduğunu düşünənlərin sayı olduqca çoxdur.
Ancaq bu qədər populyar olmalarına baxmayaraq bu vəziyyət şübhəlidir. D vitamini və omega-3 qida əlavələri ilə bağlı indiyədək aparılan ən geniş tədqiqat25 mindən çox iştirakçı ilə həyata keçirilmiş prospektiv (gələcəyə yönəlmiş) VITAL klinik tədqiqatıdır (VITamin D və OmegA-3 TriaL). D3 vitamini (xolekalsiferol, 2000 IU / gün) və dəniz omega-3 yağ turşularının (1 g / gün) randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli VITAL tədqiqatında ≥ 50 yaşlı kişilər və ≥ 55 yaşlı qadınlardan ibarət iştirakçılar 5.3 il izləndi.
Yanvar 2019-da NEJM jurnalında dərc edilmiş tədqiqatdagözlənilənin əksinə D3 vitamini və omega-3 əlavələrinin xərçəngin inkişafı və ya ürək-damar xəstəliyi riskini azaltmadığı görüldü. Manson və həmkarlarının apardığı bu mühüm tədqiqat çoxları üçün məyusluqla nəticələnmişdi.
29 mayda başlayacaq ASCO 2020 Virtual Konqresində isə eyni (VITAL) tədqiqatın bir alt qrup analizinin nəticələri paylaşıldı. Chandler və həmkarlarının elmi proqramda təqdim edəcəyi tədqiqatda başlanğıcda xərçəngi və ya ürək-damar xəstəliyi olmayan şəxslərdə D vitamininin irəliləmiş mərhələ (metastatik) xərçəng tezliyinə necə təsir etdiyi sınandı. Tədqiqatda həmçinin bədən kütlə indeksinin (BKİ) bu əlaqələri dəyişdirib-dəyişdirmədiyi müşahidə edildi.
Alt qrup analizi nəticəsində D3 vitamini əlavəsi istifadə edən iştirakçılarda plaseboya nisbətən irəliləmiş mərhələ xərçəngin yaranma riskinin % 17 azaldığı paylaşıldı (HR 0.83,% 95 CI [0.69, 0.99]; p = 0.036). Bu nəticələr BKİ üzrə qruplaşdırıldıqda xərçəng riskinin azalmasının ən çox normal BKİ-li (BKİ < 25) şəxslərdə olduğu görüldü. Ancaq bu müsbət təsir artıq çəkili və ya piylənməsi olanlarda (BKİ > 25 ) müşahidə olunmadı. Omega-3 əlavəsi alanlarda isə irəliləmiş mərhələ xərçəng tezliyi ilə bağlı hər hansı qarşılıqlı təsir olmadı.
Chandler və həmkarları tədqiqat nəticəsini D3 vitamininin irəliləmiş xərçəng tezliyini azaltmaqda istifadə edilə bilən sərfəli, təhlükəsiz və əlçatan vitamin olması kimi şərh etdilər. Ancaq VITAL tədqiqatının BKİ ilə bağlı bu alt qrup analizinin nəticələri ASCO Konqresi üçün nə qədər güclü başlıqla yazıya çevrilsə də, 2019-cu ildə açıqlanmış və məyusluq yaratmış nəticədən çox fərqli görünmür.
Bu tədqiqat BKİ > 25 olan şəxslərdə D3 vitamininin niyə faydalı olmadığını, çəkiyə görə lazım olan D3 miqdarının dəyişib-dəyişmədiyini, pozulmuş qastrointestinal (mədə-bağırsaq) sistem və immun sistemi daxil bir çox əlavə mexanizmin mövcudluğu kimi qeyri-müəyyənlikləri izah edə bilməyib. Həmçinin ümumi cəmiyyətdə xərçəngdən qorunma üçün tövsiyə ediləcək yetərli doza barədə də kifayət deyil. Buna görə tədqiqatın gözləntiləri tam qarşılamadığı deyilə bilər. D vitamini ilə xərçəngdən qorunma üçün daha çox inandırıcı tədqiqata ehtiyac aydındır. Yetərli sübutlar əldə edilənədək D3 vitamini və omega-3 əlavələrini ürək-damar xəstəlikləri və xərçəngdən qorunmaq üçün istifadə etməmək düzgün yanaşma olar.
Mənbələr
Vitamin D supplements and marine omega-3 fatty acids and development of advanced cancer.
ASCO 2020 / Abstract 1510.
2. John F. Keaney, Jr., M.D., and Clifford J. Rosen, M.D.
VITAL Signs for Dietary Supplementation to Prevent Cancer and Heart Disease.
NEJM, Editorial, 3 January 2019.
3. JoAnn E. Manson M.D., Dr.P.H ve ark.
Marine n−3 Fatty Acids and Prevention of Cardiovascular Disease and Cancer.
NEJM, Original Article, 3 January 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.