Daha ağıllı KURKUMİN (sarıkök) aldatmacası

Bu məqalədə
Aşağıdakı yazı “ənənəvi, tamamlayıcı və alternativ müalicələrin” dünyada aparıcı siması olan professor Dr. Edzard Ernst-in 23 İyul 2019-cu ildə onlayn dərc etdiyi “Smarter Curcumin for dummer consumers?” adlı məqaləsindən tərcümə edilmişdir.
Sarıkök (Kurkumin) Haqqındakı İddialar
Rahatlığı və Elastikliyi Dəstəkləyir
Tədqiqatlar, kurkumin-in (sarıkök bitkisinin %2-ni təşkil edən bioloji aktiv maddə) bədəndə iltihabı artıran bəzi əsas fermentləri azalda biləcəyini göstərmişdir. Bəzi tədqiqatlar da kurkumini rahatlığı və elastikliyi artırmaqda rol oynayan təbii əlavə alternativi kimi görmüşdür. Hətta idmançılar əzələ və oynaq sağlamlığının yaxşılaşması üçün istifadə edirlər.
Sağlam Oynaqları Dəstəkləyir
Antioksidantlar oynaqlarımızın sağlam qalmasında rol oynayır. Bədəniniz sərbəst radikallarla mübarizə üçün antioksidantlardan istifadə edir. Sərbəst radikallar bədəndə milyonlarla kimyəvi reaksiya nəticəsində yaranan qeyri-sabit hissəciklərdir. Oksidləşdirici stressə və hüceyrə səviyyəsində zədələnməyə səbəb ola bilərlər. Alimlər oynaq aktivliyinin artdığını və antioksidant səviyyələrinin azaldığını gördülər. Kurkumin antioksidantlarla zəngin olduğundan sağlamlığınıza töhfə verə bilər.
Yaşlanma Əleyhinə
Kurkumin, DNT-nizə zərər verən, dağıdan və erkən yaşlanmaya səbəb olan sərbəst radikalların azaldılmasında və neytrallaşdırılmasında rol oynayır. Bu vəziyyət kurkumini yaşlı yetkinlər üçün çox vacib gündəlik dəstəyə çevirir.
Sağlam İmmun Sistemi
İmmun sisteminiz bədəninizi qorumaq üçün müxtəlif orqan, toxuma və hüceyrələrin birlikdə işlədiyi şəbəkədir. Kurkumin yalnız immun sistemindəki bəzi anticisimlərin və hüceyrələrin cavabını artırmağa kömək etmir, həm də bəzi iltihabyaradıcı maddələrin aktivliyini azaltmağa kömək edir.
Ürək Sağlamlığını Təşviq Edir
Sağlam ürək xüsusilə sağlam qidalanma və müntəzəm məşq kimi amillərlə təmin edilir. Sağlam qidalanmanızın bir hissəsi kimi pəhrizə kurkumin əlavə etmək ürəyinizi qorumağa faydalı ola bilər. Oksidləşmiş LDL (aşağı sıxlıqlı lipoprotein, pis xolesterin) hissəcikləri ürək-damar sistemində iltihab yarada bilər. Tədqiqatlar kurkuminin antioksidant təsirlərinin bu sərbəst radikallarla mübarizəyə kömək edə biləcəyini göstərir.
Həzm Sistemini Yaxşılaşdırır
Kurkuminin həzm sistemini rahatlatdığı, qazı, köpü və digər mədə-bağırsaq problemlərini aradan qaldırmağa kömək etdiyi göstərilmişdir. Probiotiklər-dən və ya fermentlərdən fərqli işləyir. Təbii olaraq bağırsaqları rahatladır və həddindən artıq turşu istehsalını azaldır.
Qaraciyər Sağlamlığını Dəstəkləyir
Qaraciyər bədəninizin taraz qalmasında mühüm rol oynayır. Qaraciyərinizin sağlamlığı oksidləşdirici stress və iltihabyaradıcı maddələrlə birbaşa əlaqəli ola bilər. Kurkumin qaraciyərin toksikliyini azaltmaqda və qaraciyərin tarazlığa gəlməsində effektiv ola bilər.
Beyin Sağlamlığını Dəstəkləyir
İltihabla koqnitiv sağlamlıq arasındakı əlaqə danılmazdır. Neyronlar iltihaba xüsusilə həssasdır və bədəndə iltihabi birləşmələrin buraxılması neyrotoksik təsir yarada bilər. Kurkumin bu dəyərli beyin hüceyrələrinin qorunmasına kömək edə bilər.
Sarıkök (Kurkumin) Haqqındakı Həqiqətlər
Prof. Dr. Dr. Edzard ERNST deyir ki: Burada məni heyrətləndirən kurkuminin müalicəvi iddialarının bolluğu deyil. Gördüyüm qədər bu iddiaların əksəriyyəti elmi sübut dediyim şeylə dəstəklənmir; bəzəkli və yalançı elmi arqumentlərlə iddia çoxdur, lakin güclü elmi sübut yoxdur. Saxta iddialar qarşımıza o qədər tez-tez çıxmağa başladı ki!
Bu yazıda birbaşa diqqətimizi çəkmək üçün hazırlanmış qeyri-adi şəkil var (yuxarıda xəbərin şəkli). Bir çox insanın damar daxilində qaçan bəbirdən başqa nəyi anlatmaq istədiyinə dair heç bir fikri olmaya bilər. Digərləri mühitin arteriya olduğunu anlayacaq və qaçan bəbirin qanın damar daxilindəki axınını artırdığını düşünəcək.
Amma niyə? Kurkuminin bu təsirə malik olduğuna dair sübut yoxdur və yuxarıdakı terapevtik (müalicəvi) iddialar qan dövranının yaxşılaşması ilə böyük ölçüdə əlaqəli deyil.
Damarın içi disk şəklindəki eritrositlərlə (qırmızı qan hüceyrələri) doludur. Lakin qanda qırmızı hüceyrələr axarkən disk formasında deyil, paraşütəbənzər forma almağa meyillidir.

Qırmızı hüceyrələr yalnız hərəkətsiz olduqda disk forması alır. Yoxsa şəkil kurkuminin qan axınında durğunluq yaratdığınımı eyham edir? Xeyr, bu da həqiqətlə uyğun deyil; durğun qanda qırmızı hüceyrələr toplanır və belə görünür:

Beləliklə bu görüntüdən necə təəccüblü şəkildə istifadə edildiyini anladınız. Tibbi bir şey göstərdiyini düşünə bilərsiniz. Lakin bunu anlayacaq tibbi biliyi olmayanlar bu aldatmacaya qapıla bilər, halbuki həqiqət fərqlidir.
Bəs niyə kimsə belə görüntü hazırlasın? Bu mətndə təqdim edilən nağıllara inanan sadəlövh insanlar bu şəkillə nağıllarına məna qazandırmaq istəyə bilərmi?
ƏLAQƏLİ MÖVZULAR:
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.