Hava proqnozu nikbin deyil - bu isti ilə necə mübarizə etməli?

Bu məqalədə
Alimlər normadan kənar bu hava şəraitinin qlobal istiləşmənin nəticəsi olduğunu düşünürlər. Qlobal istiləşməyə dərhal çarə tapmaq mümkün görünmür, bəs hava çox isti olanda nə etməli, mövcud isti ilə necə mübarizə aparacağıq?
Həddindən artıq istidən necə qoruna bilərəm?
Üsul 1: Sərin qalmaq üçün düzgün yemək-içmək

Bol su için
Su isti havalarda sizi sərin saxlamaq üçün çox vacibdir. Su bədəninizi sərin saxlayır və susamağı gözləmədən içməlisiniz. Suyu əvəz edəcək sadə mineral su və ya evdə hazırlanmış buzlu çay kimi mayelər də içilə bilər. İntensiv idman edirsinizsə, izotonik idmançı içkilərinə və ya meyvə şirələrinə də üstünlük verə bilərsiniz (enerji içkilərini tövsiyə etmirik).
- Kifayət qədər maye qəbul edib-etmədiyinizi sidiyinizin rənginə baxaraq anlaya bilərsiniz. Sidiyinizin rəngi saman sarısından tünddürsə, bu, kifayət qədər maye qəbul etmədiyiniz, daha çox suya ehtiyacınız olduğu deməkdir.
- Kola, qazlı limonad kimi qazlı və şəkərli içkilərdən uzaq durun (pəhriz üçün olsa belə). Bu cür içkilər bədəninizin su toplamasına mane olur. Həmçinin qəhvə kimi kofeinli içkilərdən və alkoqoldan da uzaq durmağınızı tövsiyə edirik.
*

Su içmək üçün susamağı gözləməyin
Hər növ fəaliyyət və ya məşqdən əvvəl bol su içdiyinizdən əmin olun və bədəninizi buna hazırlayın. Fəaliyyətdən əvvəl bol su içməsəniz, həddindən artıq isti nəticəsində qıcolma kimi narahatlıqlar yaşaya bilərsiniz. Özünüzə tez-tez su içməli olduğunuzu bu yollarla xatırlada bilərsiniz:
- Hər yerə özünüzlə təzə və sərin su apara biləcəyiniz davamlı su qabı və ya termos əldə edə bilərsiniz.
- Çölə çıxmazdan əvvəl su butulkanızı dondura bilərsiniz. Nazik dəsmala sarıyaraq suyun daha gec isinməsini təmin edə bilərsiniz və çantanızdakı digər əşyalar da nəmdən zərər görməz.
- Telefonunuza su içmə tətbiqi yükləyə bilərsiniz. Bu tətbiqə xatırlatmalar əlavə edib gündəlik maye qəbulu hədəfinizə çata bilərsiniz.
*

Sərinləşdirici qidalara üstünlük verin
Düzgün yemək seçimi bədən temperaturunuzu tənzimləməkdə təsirlidir. Salatlara, təzə və çiy yeyilə bilən qidalara, tərəvəz və meyvələrə üstünlük verin. Məsələn, xiyarın demək olar ki, %100-ü sudur və sərin qalmağınızı təmin edir. İsti havalarda ət yeməklərinə və ağır zülallı qidalara çox üstünlük verməyin, çünki bu cür yeməklər metabolik istiliyi artırır və su itkisinə səbəb olur.
- Məntiqsiz görünə bilər, amma acı bibər yemək sizi sərin saxlayır. Səbəbi isə sizi tərlətməsi və bu tərin bədən temperaturunun azalmasına kömək etməsidir.
- Yeməklərdə porsiyalarınızı azaltmaq da bədən temperaturunuzun azalmasına kömək edir. Böyük porsiyalar bədənin daha gərgin işləməsini tələb edir.
*
Sobada və ya ocaqda bişirilməsi lazım olmayan yeməklərə üstünlük verin
Bişirilmədən, istilik emalı görmədən yeyilə bilən yeməklər seçin. Həqiqətən yemək bişirmək məcburiyyətindəsinizsə, imkan daxilində mühitinizi sərin saxlayın. Kondisioner bu məsələdə kömək edəcək. Mikrodalğalı sobadan istifadə edərək hazırlaya biləcəyiniz sadə yeməkləri də seçə bilərsiniz. Hazır yeməklərə və konservlərə də bu dövrdə üstünlük verilə bilər.
- Soyuq şorbalar isti havalarda əla olur. Həm sağlam, həm də bədən temperaturunuzu tənzimləyəcək soyuq cacıq, buğdalı qatıq şorbası və ya qazpaço (soyuq pomidor şorbası) hazırlamaq bişirilən şorbalara nisbətən çox asandır.
- Evdə hazırlanmış meyvəli dondurma, soyuq meyvə salatı, dondurulmuş evdə hazırlanmış meyvəli qatıq da bu havalarda yaxşı təsir edəcək ara yemək kimi seçilə bilər.
*
Üsul 2: Özünüzü günəşdən qoruyun

Günün ən isti saatlarında günəşə çıxmayın
İllərdir mütəxəssislər dayanmadan təkrar edirlər: günəş şüalarının ən dik bucaq altında düşdüyü saatlarda günəşdən uzaq durun. Mümkünsə, günorta istisində plan qurmayın, fəaliyyətlərə qatılmayın. Bu aylarda ən təhlükəli saatlar səhər 10:00 ilə günortadan sonra 16:00 arasıdır.
- Planlarınızı səhər erkən və ya axşamüstündən sonra qurun.
- Bəzi insanlar istiyə daha dözümsüz ola bilər və daha sərin yerlərdə qalmağa diqqət etməlidirlər. Məsələn, uşaqlar, yaşlılar, artıq çəkililər, ağ dərililər və digər sağlamlıq problemləri olanlar daha da diqqətli olmalıdırlar.
*

Günəşdən qoruyucu istifadə edin
Günəş kremləri sərin saxlamasa da, çox vacib qoruyucu vəzifə daşıyırlar. Xüsusilə dərinin zədələnməsini, ağrımasını, su itkisini və günəş yanıqlarını minimuma endirirlər.
- Ən azı 15 faktorlu günəşdən qoruyuculara üstünlük verin. Çöldə planınız varsa və bir qədər vaxt keçirəcəksinizsə, 30 faktor istifadə etməyiniz daha yaxşı olar.
- Hər 2 saatdan bir kreminizi yeniləyin. Üzürsünüzsə və ya çox tərləyirsinizsə, daha tez-tez çəkin.
- Günəşə çıxmazdan əvvəl bütün bədəninizə bol günəşdən qoruyucu çəkin.
- Əlaqəli mövzu: Günəş kremi haqqında yanlış bilinənlər və həqiqətlər *

Kölgədə qalın
Çöldə olsanız da, mümkün qədər kölgə yerlərdə vaxt keçirin. Məsələn, ağacların kölgəsi sərin qalmağınız üçün çox yaxşı seçim ola bilər.
- Kölgədə temperatur daha aşağı hiss olunur, üstəlik yüngül meh də varsa, 5 dərəcə qədər daha aşağı hiss oluna bilər.
*

Bədəninizi soyuq su ilə isladın
Çöldə günəşli və isti hava olanda soyuq duş almaq, hovuza tullanmaq, yəni islanmaq mütləq yaxşı təsir edir. Bu həmişə mümkün olmur. O zaman əlləri, üzü soyuq su ilə yumaq, baş-boyun nahiyəsini islatmaq yaxşı təsir edir.
- Püskürdücü başlığı olan təmiz butulkanı soyuq su ilə doldurub üzünüzə və bədəninizə püskürdə bilərsiniz.
- İsti ilə mübarizə apararkən uşaqlar üçün həftəsonu fəaliyyətlərini su tapançaları və soyuq su ilə daha sərin və əyləncəli edə bilərsiniz.
*
Üsul 3: Sərin qalmaq üçün düzgün geyim seçimi

Yüngül geyimlər geyinin
Yüngül və bir qədər rahat geyimlər geyinmək sizi daha sərin saxlayacaq. Mümkündürsə, rəngli geyinmək günəş şüalarının əks olunmasını təmin edərək daha təsirli olacaq. Şortlar və qısaqol geyimlər yaxşı seçimlərdir. Hava keçirən geyimlər geyinmək dərinizə faydalı olacaq. Sintetik parçalardan çox pambıq geyimlərə üstünlük verilməlidir.
*

Papaq istifadə edin
Geniş kənarlı papaqlar üzünüzə kölgə saldığı üçün istivurmanın qarşısını ala bilər. Mümkünsə, açıq rəngli papaqlara üstünlük verin.
*
Hava keçirən ayaqqabılar geyinin
Fəaliyyətə görə bir ayaqqabı digərindən daha rahat və uyğun ola bilər. Daban dəstəyi möhkəm və rahat olan ayaqqabıları, sonra isə ən çox hava keçirə bilən ayaqqabını seçin.
Pambıq corablar yaxşıdır, lakin nəm çəkən coraba üstünlük vermək daha faydalı olacaq. Ayaqyalın çölə çıxmaqdan çəkinin.
Funksionallıq üslubdan daha vacibdir. Yayda daha az aksesuardan istifadə etməyə üstünlük verin. Metal aksesuarlar isinə bildiyi üçün dərinizə zərər verəcək.
*
Üsul 4: Evinizi sərin saxlayın

Ventilyator istifadə edin
Həddindən artıq isti və rütubətli havalarda ventilyatorların təsirliliyi müzakirə olunsa da, bəzi tədqiqatlar 36 °C temperatur və 80% rütubətlə 42 °C temperatur və təxminən %50 rütubət arasında ventilyator istifadəsinin faydalı olacağını tövsiyə edir. Yelpiklər və ya elektrikli ventilyatorlar havanı daim dövr etdirərək sərin saxlayacaq. Evinizdə və ya ofisinizdə işlədiyiniz, dincəldiyiniz, bir sözlə, ən çox vaxt keçirdiyiniz yerdə ventilyatorların sərbəst işləməsini və otaqdakı istinin sıxıntısını aradan qaldırmasını təmin edin.
- Öz buxarlanmalı soyuducunuzu hazırlamağa çalışın. Bu soyuducular temperaturu əhəmiyyətli dərəcədə azalda bilər. Sadədən (məsələn, ventilyatorun qarşısına qoyulmuş donmuş su dolu qabdan) mürəkkəbə qədər sistem qurula bilər. Yalnız bir neçə PVC boru, vedrə, elektrikli ventilyator və donmuş bir qallon su ilə 4 °C külək yaradıla bilər. Lakin unutmaq olmaz ki, buxarlanmalı soyuducular rütubətli istidə fayda verməyəcək.
- Ventilyator əsas soyutma mənbəyi olmamalıdır. Yalnız həddindən artıq isti olmayan havalarda səmərəli işləyə bilər.
*

Kondisioner istifadə edin
Evinizdə böyük kondisioner olmasa belə, bir kiçik pəncərə kondisioneri quraşdırmağınız yay boyu evin sərin qalmasını təmin edəcək. Məsələn, qonaq otağı, mətbəx və ya yataq otağı kimi ən çox vaxt keçirdiyiniz otaqlardan birini seçə bilərsiniz. Həmçinin kondisioneri rahat ola biləcəyiniz maksimum temperatura tənzimləməyiniz sizi yüksək elektrik hesabından xilas edəcək.
- Evinizdə uyğun kondisioner yoxdursa, ictimai binalara getmək faydalı ola bilər. Məsələn, kitabxana həm sərinləmək, həm də yeni məlumatlar öyrənmək üçün əla məkandır.
*

Pərdələri və jalüzləri bağlı saxlayın
Günəş şüaları düşdükləri yerdə istiliyə çevrilir. Lakin şüaların evinizə daxil olmasını əngəlləyərək evinizin temperaturunu aşağı saxlaya bilərsiniz. Pərdələri bağlamaq, günəşlikləri endirmək, hətta pəncərəni tam bağlamaq evinizin isinməsinin qarşısını alacaq. Tentlər də şüaların birbaşa çatmasına mane olduğu üçün işə yarayacaq.
*

Günəş işığının dama təsirini minimuma endirin
Damın rəngini dəyişmək evin temperaturunu azalda bilər. Soyuq və açıq rənglərə üstünlük verməyiniz gələn günəş işığının əks olunmasını və evin temperaturunun yüksəlməməsini təmin edəcək.
Binanın izolyasiyasını yaxşı etdirin. Daha yaxşı bina izolyasiyası isti havanın evə daxil olmasının qarşısını alacaq və soyuq havanı evin daxilində saxlayacaq. İzolyasiya etdirərkən material arasında bir qədər hava boşluğu olduğundan əmin olun.
*
- Marağınızı çəkə bilər: Bir dəri xərçəngi hekayəsi: X-Men-in yaraları gerçək həyatda asan sağalmır
Mənbələr
wikihow.com/Stay-Cool-in-Warm-Weather
2. Resimler: wikiHow to Stay Cool in Warm Weather adlı yazının resimlerinden uyarlanmıştır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.