Plevral mezoteliomada ağciyəri qoruyan cərrahiyyə üçün ümidverici nəticələr

Bu məqalədə
Bədxassəli plevral mezotelioma (ağciyər qişası xərçəngi) olan xəstələrin müalicəsində cərrahi yanaşma kimi plevrektomiya dekortikasiyasının (ağciyər qişasının soyulması) istifadəsinin, əgər görünən şişlər tam təmizlənə bilirsə — buna makroskopik tam rezeksiya deyilir — xəstələrin ümumi ömür müddətini uzatdığı tapıldı. Tapıntılar 3 dekabr 2020-ci ildə Annals of Surgery-də bildirilən retrospektiv (keçmişə yönəlmiş) tədqiqatdan gəlir.
Plevral mezotelioma ağciyər səthini örtən qişanın aqressiv xərçəngidir; əsasən əvvəllər asbestə məruzqalma ilə bağlıdır.
Mezoteliomanın diaqnoz və müalicəsi üzrə ABŞ Milli Kompleks Xərçəng Şəbəkəsinin (NCCN) təlimatları cərrahi makroskopik tam rezeksiya daxil çoxüsullu müalicə tövsiyələri verir və sistemik müalicələr (kimyaterapiya və immunoterapiya) bu xəstəliyin əsas müalicəsi sayılır.
Mezotelioma müalicəsində ekstraplevral pnevmonektomiya, bir ağciyərin, parietal plevranın (xarici ağciyər qişası), perikardın (ürək qişası) və diafraqma hissələrinin çıxarılmasını ehtiva edir; buna görə çox əhatəli / radikal əməliyyatdır. Alternativ cərrahi tətbiq isə, ağciyəri qoruyan cərrahi üsul olan plevrektomiya dekortikasiyasıdır; parietal (xarici), visseral (daxili) plevra və görünən şiş kütlələri çıxarılır. Genişləndirilmiş plevrektomiya dekortikasiyası, perikardın və eyni tərəf diafraqmanın cərrahi çıxarılmasını da ehtiva edir.

Mezoteliomanın cərrahi müalicəsində plevrektomiya dekortikasiyasına və genişləndirilmiş formasına ekstraplevral pnevmonektomiyadan getdikcə çox üstünlük verildiyinə sübut olsa da, bu işin məqsədi qısa və uzunmüddətli nəticələri, həmçinin xəstəliyin gedişinə təsir edən amilləri qiymətləndirməkdir.
Analiz 2007 ilə 2015 arasında bir xərçəng mərkəzində planlı plevrektomiya dekortikasiyası edilmiş ardıcıl 355 mezotelioma xəstəsinin tibbi qeydlərinə əsaslanırdı.
Ən çox əməliyyatsonrası ağırlaşmalar həyati təhlükəli deyildi və tezlik sırasıyla belə idi: uzun hava sızması (% 46,5), dərin vena trombozu (% 21,1), atrial fibrilyasiya (% 13,9), limfa mayesi sızması (% 7,9), empiema (% 7,6), pnevmoniya (% 6,9). Bu xəstələrin 30 və 90 günlük ölüm nisbətləri müvafiq olaraq % 3 və % 4.6 idi.
Görünən şişləri tam təmizlənmiş xəstələrdə median ümumi sağqalma 23,2 ay, tam təmizlənməyənlərdə 11,6 ay idi (P <.0001).
Tam təmizlənmiş qrupda kişi cinsi (təhlükə nisbəti [HR], 1.79; qadınlarla müqayisədə; P = .002) və daha yüksək şiş mərhələsi (T1-lə müqayisədə T3 üçün HR, 2.31: P <.001) gedişə mənfi təsirli amillər idi. Əksinə, adyuvant kimyaterapiya (HR, 0.45; adyuvant kimyaterapiya olmaması ilə müqayisədə; P <.001), əməliyyatdaxili qızdırılmış kimyaterapiya (HR, 0.60; P = .024 ) və epiteloid histologiya (HR, 0.62; bifazik histologiya ilə müqayisədə; P = .003) daha yaxşı xəstəlik nəticələri ilə əlaqəli idi.
Nəticə
Tək mərkəzdə aparılsa da, üç yüzdən çox xəstə statistik analizləri və işin gücünü qənaətbəxş edib. İş plevrektomiya dekortikasiyasının aşağı 30 və 90 günlük ölüm nisbəti ilə aparıla bildiyini təsdiqləyir.
Həmçinin bu cərrahiyyə mezoteliomalılar üçün çoxüsullu müalicəni daha tətbiqolunan edir.
2020-ci ildə mezotelioma müalicəsində həm kombinə (ikili) immunoterapiyanın FDA təsdiqi alması həm də bu işin ağciyəri qoruyan cərrahiyyənin təhlükəsizliyini-effektivliyini göstərməsi ümidverici seçimlərin artması üçün çox mühüm inkişaflardır.
Yanaşma mezotelioma müalicəsində cərrahiyyənin yerini dəstəkləyir, gələcək əhatəli, xəstələrin təsadüfi seçiləcəyi çoxmərkəzli işlərə əsas yaradır.
*
- Əlaqəli mövzu: Mezotelioma nədir? Tarixi və müalicəsində son vəziyyət
Mənbələr
2. National Comprehensive Cancer Network (NCCN) Malignant Pleural Mesothelioma Guidelines V1.2021. Accessed December 14, 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.