Qadınlarda HPV və xərçəng: Əlamətlər, müalicələr və profilaktika

Bu məqalədə
HPV, çoxlu altnövü ilə insanlarda ziyildən xərçəngədək bir çox xəstəliyə səbəb olan virusdur. HPV adətən heç bir əlamət göstərməyən çox yayılmış infeksiya yaradır; cəmiyyətin təxminən %80-ə yaxınında hər hansı HPV infeksiyası vardır. Lakin yüksək riskli HPV növlərinin bədəndə uzun qalması yoluxmuş hüceyrələrin dəyişib nəzarətsiz bölünməsinə səbəb olaraq xərçəng inkişafına töhfə verə bilər. Buna görə peyvəndlə profilaktika çox vacibdir.
Bütün xərçənglərin təxminən %5-i HPV ilə əlaqəlidir. HPV xüsusilə uşaqlıq boynu xərçənginin %99-unun səbəbi kimi tanınır. Anal, penis, vulva, vaginal və orofaringeal (baş-boyun) xərçənglərin də mühüm hissəsini yaradır. Buna görə HPV peyvəndi və müntəzəm skrininqlə erkən diaqnostika bu xərçənglərin qarşısının alınmasında və müalicəsində vacibdir.
HPV infeksiyaları adətən 2 il ərzində immun sistemimiz tərəfindən bədəndən təmizlənir. Lakin müəyyən HPV ştamları bir neçə il qalarsa, xərçəng yaradan hüceyrə dəyişikliklərinə səbəb ola bilər.
Bu məqalə HPV-nin müxtəlif əlamətlərini, bəzi müalicə seçimlərini və profilaktika üsullarını ümumiləşdirəcək.
HPV əlamətlərinin şəkilləri

İnsan papilloma virusu (HPV) infeksiyası cinsiyyət orqanlarında və boğazda ziyillər yarada bilər.
Yuxarıda dilçəyin sağ tərəfində (qarşıdan baxanda) HPV-nin yaratdığı orofaringeal ziyil görünür.

Yuxarıda HPV ilə əlaqəli serviks (uşaqlıq boynu) zədələri görünür.
HPV necə yayılır?
HPV cinsi və intim dəri təması ilə yayılır.
200-dən çox HPV növü vardır; onların 40-dan çoxu insanda infeksiya yaradır. Müxtəlif növlər fərqli risklər daşıyır.
Aşağı riskli HPV nadir hallarda xərçəngə çevrilir, lakin genital ziyillər kimi cinsiyyət orqanları və anus ətrafında əlamətlər yarada bilər. Lakin bunlar həmişə görünmür. Məsələn, anus, vagina və ya serviksin daxilində yarana bilər.

Yüksək riskli HPV heç bir əlamət göstərməyə bilər. Lakin bədəndə uzun müddət qalarsa, aşağıdakılar daxil bir neçə xərçəngə səbəb ola bilər:
HPV-nin əlamət yaradıb-yaratmaması yüksək və ya aşağı riskli olması ilə əlaqəli deyil. Xərçəng riskini və ya mövcudluğunu müəyyən etməyin yeganə yolu mikroskopik müayinə və laborator testdir.
Əlaqəli mövzu: HPV – Xərçəng yaradan virusun immun sistemindən yayınma macərası
Serviks (uşaqlıq boynu): HPV və xərçəng əlamətləri
Qadın malik olduğu HPV növündən asılı olaraq fərqli əlamətlər göstərə bilər.
HPV riski aşağıdırsa, uşaqlıq boynunda ziyillər yaranıb qıcıqlanma və ağrı verə bilər. Bəzi insanlarda bu ziyillər qanaya bilər.
Yüksək riskli HPV adətən ilkin əlamətlər göstərmir. Lakin virus bədəndə uzun illər qalarsa, yoluxmuş hüceyrələr dəyişib nəzarətsiz bölünməyə başlaya bilər. Bu proses xərçəngə aparıb çıxara bilər.
Əlaqəli mövzu: Pap yaxma testi nəticəsinin anormal olması nə deməkdir?
Erkən uşaqlıq boynu xərçəngi və ya xərçəngönü hüceyrələr heç bir əlamət yaratmaya bilər. Buna görə qadınların yaşına və digər risk amillərinə görə hər 3-5 ildən bir Pap və ya HPV DNA testi etdirməsi vacibdir.
İrəliləmiş uşaqlıq boynu xərçənginin bəzi əlamətləri:
- cinsi əlaqə zamanı ağrı
- çanaq (qasıq) nahiyəsində ağrı
- vaginadan qeyri-adi ifrazat
- cinsi əlaqədən sonra olduğu kimi qeyri-adi qanaxma
Daha irəliləmiş uşaqlıq boynu xərçənginin bəzi əlamətləri:
- çəki itkisi
- sidiyə çıxma və bağırsaq boşaltma çətinliyi
- sidikdə qan
Vagina və vulva: HPV və xərçəng əlamətləri
HPV vaginadakı və vulva ətrafındakı hüceyrələri yoluxdura bilər. Qadında HPV riski aşağıdırsa, vulvada ziyillər görə bilər.
Bu ziyillər belə görünə bilər:
- gül kələminə bənzər qruplaşmış dəri zədələri
- zədələnməmiş dəridən daha tünd, dağınıq dəri sahəsi
- dəridən qabaran, yastı, hamar və ya nahamar ola bilən törəmə
Ziyillər adətən aşağı riskli HPV-ni göstərir. Vulva xərçəngi gül kələminə bənzər törəmə şəklində görünə bilər; buna görə vulva ətrafında qeyri-adi törəmə görən şəxs həkimlə danışmalıdır.
Müalicəsiz yüksək riskli HVP vagina və ya vulva xərçəngi yarada bilər. Qadınlarda xərçəngönü hüceyrələr olduqda və ya vagina, yaxud vulva xərçənginin erkən mərhələlərində heç bir simptom olmaya bilər.
Pap testi hüceyrələrin xərçəngönü olub-olmadığını müəyyən edə bilər; buna görə qadınların təxminən hər 3-5 ildən bir müntəzəm Pap testi etdirməsi vacibdir. Həkim vagina və serviksi prekanseroz (xərçəngönü) hüceyrələrə görə yoxlayarkən vulvanı da müayinə edəcək, rəng dəyişikliyi, yara və düyünlər kimi dəri dəyişikliklərinə diqqət yetirəcək.
Pap testinə nə qədər tez-tez ehtiyac olması yaşdan və digər risk amillərindən asılıdır.
Vagina xərçənginin bəzi əlamətləri:
- cinsi əlaqədən sonra qanaxma
- qeyri-adi ifrazat
- vaginada düyün
- cinsi əlaqə zamanı ağrı
Vulva xərçənginin bəzi əlamətləri:
- daha açıq və ya tünd dəri ləkəsi
- rəngsiz şişkinlik və ya düyün
- dərinin qalınlaşması
- qaşınma
- ağrı
- qanaxma
- bir ayda sağalmayan açıq yara
Ağız və boğaz: HPV və xərçəng əlamətləri
Aşağı riskli HPV olan şəxs badamcıqların yaxınlığında, boğazın arxasında və dilin kökündə ziyillər görə bilər. HPV oral sekslə bu nahiyələrə yayıla bilər.
Lakin yüksək riskli HPV olan şəxsdə orofaringeal (ağız-boğaz) xərçəng inkişaf edə bilər.
Orofaringeal xərçəngin bəzi əlamətləri:
- davamlı boğaz ağrısı
- qulaq ağrısı
- səs batması
- şişmiş limfa düyünləri
- udma zamanı ağrı
- səbəbsiz çəki itkisi
HPV-nin qadın sağlamlığına təsirləri nədir?
HPV çox yayılmışdır. Əslində cinsi aktivləşən demək olar hər kəs bu virusa yoluxur və infeksiyaların təxminən yarısı yüksək risklidir.
Adətən immun sistemi HPV infeksiyasını nəzarətdə saxlayır və ya tam aradan qaldırır. Dünya Səhiyyə Təşkilatına (DSÖ) görə infeksiyaların təxminən %90-ı 2 il ərzində keçir.

Lakin bəzən yüksək riskli HPV növü illərlə qalaraq xərçəngə səbəb ola bilər.
Yüksək riskli HPV qadınlarda bütün xərçənglərin %3-nün səbəbidir. HPV uşaqlıq boynu xərçənginin də %99-una səbəb olur. Xüsusilə HPV 16 və 18 uşaqlıq boynu xərçənglərinin və xərçəngönü zədələrin %70-ni yaradır.
HPV müalicəsi
HPV-nin müalicəsi yoxdur. Həkimlər yalnız onun yaratdığı vəziyyətləri müalicə edə, xərçəngli və ya xərçəngönü görünən hüceyrələri çıxara bilərlər.
Həkim genital ziyilləri belə müalicə edə bilər:
- reseptli dərmanlar
- kriocərrahiyyə (donduraraq məhv etmə)
- lazer və ya elektrik cərəyanları
- əməliyyat
Həkimlər uşaqlıq boynundakı prekanseroz (xərçəngönü) dəyişiklikləri adətən elektrik cərəyanı daşıyan nazik məftil ilgəklə anormal toxumanı çıxaran ilgək elektrocərrahi eksiziya proseduru (LEEP) ilə müalicə edirlər.
Əlaqəli mövzu: Konizasiya nədir, necə aparılır?
Digər toxumalardakı xərçəngönü dəyişiklikləri belə müalicə edə bilərlər:
- zədələnmiş nahiyəyə tətbiq edilən dərmanlar
- LEEP
- əməliyyat
- kriocərrahiyyə
HPV nəticəsində xərçəng yaranarsa, şəxs həmin xərçəng üçün əməliyyat, radioterapiya, kimyaterapiya, hədəfli dərman və immunoterapiya daxil müalicə alacaq.
HPV peyvəndi ilə HPV-dən qorunma
Qlobal səviyyədə HPV-nin qarşısının alınması çox vacibdir. DSÖ-yə görə uşaqlıq boynu xərçəngi dünyada qadınlarda ən çox rastlanan dördüncü xərçəngdir.
DSÖ uşaqlıq boynu xərçəngi yaradan HPV ştamlarına qarşı peyvəndlənməni güclü tövsiyə edir. Həmçinin 9-14 yaşlı qızlara peyvənd, 30 yaş və yuxarı qadınlara servikal skrininq tövsiyə edir. Bəzi ölkələr artıq oğlanları da peyvənd edir.
HPV peyvəndləri ikivalentli, dördvalentli və doqquzvalentli olmaqla müxtəlif növlərdədir. Gardasil və Cervarix geniş istifadə olunan HPV peyvəndi markalarıdır. Hər 3 peyvənd ölkəmizdə mövcuddur.

HPV peyvəndi nə vaxt və hansı tezlikdə vurulmalıdır?
ABŞ CDC (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri) bunları tövsiyə edir:
- 11 - 12 yaşlı bütün qız və oğlanlara 2 doza HPV peyvəndi vurulmalıdır. İlk doza rutin olaraq 11-12 yaşlarında tövsiyə edilir. Peyvəndlənmə 9 yaşında başlaya bilər. Birinci və ikinci doza arasında 6-12 ay ola bilər.
- Peyvəndlənməyə başlayan 15 ilə 26 yaş arasındakı yeniyetmə və gənc yetkinlər altı ay ərzində üç doza almalıdırlar.
- İkivalentli və dördvalentli peyvənd 26 yaşa qədər uyğun idi. Doqquzvalentli peyvənd isə 45 yaşa qədər vurula bilər.
HPV-nin kişi sağlamlığına təsirləri nədir?
HPV kişilərdə də yayılmış infeksiyadır və həm aşağı, həm yüksək riskli növləri vardır. Kişilərdə infeksiya adətən əlamətsizdir, immun sistemi tərəfindən nəzarətə alınıb zamanla aradan qaldırıla bilər. Lakin bəzi hallarda HPV kişilərdə də ciddi sağlamlıq problemləri yarada bilər.
-
Genital ziyillər: Aşağı riskli HPV növləri kişilərdə genital ziyillər yarada bilər. Onlar penis, xaya kisəsi, anus və ya qasıq nahiyəsində yarana bilər.
-
Xərçəng: Yüksək riskli HPV növləri kişilərdə xərçəng yarada bilər. Ən yayılmış HPV ilə əlaqəli xərçənglər anal, penis və orofaringeal (baş-boyun) xərçənglərdir. Yüksək riskli HPV-nin bədəndə uzun qalması yoluxmuş hüceyrələrin dəyişib nəzarətsiz bölünməsinə səbəb olaraq xərçəng inkişafına töhfə verə bilər.
-
Orofaringeal xərçəng: Yüksək riskli HPV növlərinə bağlı kişilərdə orofaringeal (ağız və boğaz) xərçəng riski artır. Əlamətlərinə davamlı boğaz ağrısı, qulaq ağrısı, səs batması, şişmiş limfa düyünləri, udma zamanı ağrı və səbəbsiz çəki itkisi daxildir.
-
HPV-nin kişilərdəki təsirlərini azaltmaq və qarşısını almaq üçün peyvənd vacibdir. HPV peyvəndi kişilərin immunitetini yüksək riskli növlərə qarşı gücləndirir və xərçəng inkişaf riskini azaldır.

Mənbələr
2. Doorbar, J., Egawa, N., Griffin, H., Kranjec, C., & Murakami, I. (2015). Human papillomavirus molecular biology and disease association. Reviews in Medical Virology, 25(S1), 2-23. https://onlinelibrary.wiley.com/doi/full/10.1002/rmv.1822
3. Schiller, J. T., Castellsagué, X., & Garland, S. M. (2012). A review of clinical trials of human papillomavirus prophylactic vaccines. Vaccine, 30, F123-F138. https://www.sciencedirect.com/science/article/pii/S0264410X12013069
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.