Yüksək yağlı pəhrizlərin kolon xərçənginin böyüməsini necə dəstəklədiyi kəşf edildi

Bu məqalədə
Xərçəngdən ölümlərdə azalma müşahidə edilərkən, 55 yaşdan aşağı insanlarda yoğun bağırsaq xərçənginin tezliyi artıb. Amerika Xərçəng Cəmiyyətinin məlumatlarına görə bu gənc yaş qrupunda 2007 ilə 2016-cı illər arasında ölümlərdə 1 faiz artım görülüb. Yoğun bağırsaq xərçənginin yüksək yağlı pəhrizlərlə əlaqəsi çoxdan araşdırılır. Fevral 2019-da Celldə dərc olunan araşdırmada, yüksək yağlı pəhrizlərin (YYD) bağırsaqdakı öd turşularının tarazlığını pozaraq xərçəngləşməni təmin edən hormon siqnallarını tətiklədiyi kəşf edildi. Bu, onilliklər ərzində yaranan kolorektal xərçəngin yüksək yağlı pəhrizlə qidalanan gənclərdə niyə daha çox görüldüyünü izah edə bilər.
ABŞ-dakı Salk İnstitutunda aparılan araşdırmada, APC genində mutasiyası olan siçan xərçəng modelləri istifadə edildi. APC geni mutasiyası, yoğun bağırsaq xərçəngi olan insanlarda ən geniş yayılmış mutasiyadır.
Araşdırmanın nəticələrinə görə, yüksək yağlı pəhrizlə qidalanan siçanlarda xərçəngin daha sürətli inkişaf etdiyi müşahidə edildi.
Bağırsaqlarımız bədənimizin ən fəal orqanlarındandır. Qidalandıqca bağırsaqlarımızın daxili hissəsini örtən və zədələnən qat daim yenilənir. Bu yenilənməni bağırsağın daxili qatındakı kök hüceyrələr təmin edir. Kolon və düz bağırsaq xərçəngləri bu kök hüceyrələrdəki mutasiyaların toplanmasından qaynaqlanır. Yoğun bağırsaqla əlaqəli ən geniş yayılmış mutasiya APC genində görülür. APC geni ümumilikdə şişi basqılayan gen kimi fəaliyyət göstərir. APC genindəki mutasiyalar hüceyrənin nəzarətsiz bölünməsinə səbəb olur.
- Əlaqəli mövzu: Kolon və düz bağırsaq xərçəngi barədə bilinməli olanlar
Araşdırmada öd turşularının bağırsaqdakı kök hüceyrələrə Farnesoid X reseptoru (FXR) vasitəsilə müəyyən hormonal siqnallar göndərdiyi kəşf edilib. Yüksək yağlı pəhrizlər iki xüsusi öd turşusunun səviyyəsini artıraraq FXR reseptor fəallığını pozur. FXR normal şəraitdə bağırsaq qatının təhlükəsiz və yavaş yenilənməsini təmin edir. Öd turşuları FXR reseptorunu blokladıqda kök hüceyrələr sürətlə çoxalır və DNA zədəsi toplanır.
Bundan əlavə, APC mutasiyaları olan siçanlarda benign (xoşxassəli) şişlər müşahidə edildi. İnsanlarda, polip quruluşlu adenomalar bağırsaqlarda geniş yayılıb və kolonoskopiyalarda çıxarılır. Bu böyümələrin xərçəng xarakteri alması onilliklər çəkir. APC mutasiyası olan siçanlarda adenomalar yüksək yağlı pəhrizlər (YYD) verildikdə sürətlə xərçəngləşməyə başlayır.
Eyni zamanda tədqiqatçılar yeni xərçəng dərmanını sınadılar. FexD adlandırılan dərman bağırsaqdakı kök hüceyrələrdə FXR-i aktivləşdirir (aqonist). FExD tarazlığı pozulmuş öd turşularının yaratdığı zədəni siçan orqan modellərində və insan yoğun bağırsaq xərçəngi hüceyrə xətlərində uğurla bərpa edib. Aşağıda araşdırmanın qrafik xülasəsi görünür:

FExD klinik araşdırmalarda effektivliyi göstərildikdən sonra istifadə oluna biləcək. FExD yoğun bağırsağa asanlıqla çata bilir və birbaşa FXR reseptoruna təsir edir. Beləliklə, daha az yan təsir yaradır.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Bu araşdırma, iltihabı azaldaraq bağırsaq sağlamlığını yenidən qazanmağı və şişin irəliləməsini dayandırmağı hədəfləyən müalicə strategiyalarının hazırlanmasına töhfə verə bilər.
- İrsi yoğun bağırsaq sindromları olan insanlarda yüksək yağlı pəhrizlərin əlavə edilməsi xərçəng riskini daha çox artırır.
- Öd turşularının artması yoğun bağırsaq xərçənginin yaranması ilə əlaqələndirilib. Yüksək yağlı pəhrizlər öd turşularının ifrazını artırır.
- Xərçəngdən qorunmada pəhrizin əhəmiyyəti böyükdür. Az yağlı pəhrizlərlə qidalanmanın bir çox xərçəng növünə qarşı qoruyucu olduğu araşdırmalarla göstərilib. Unutmayın, irsi olaraq xərçənglə əlaqəli genlərə malik ola bilərsiniz, lakin balanslı və sağlam pəhrizlə xərçəng riskinizi azalda bilərsiniz.
ƏLAQƏLİ MÖVZULAR:
- Kolon xərçəngi riskini azaldan və residiv (təkrar) riskini artıran qidalar hansılardır?
- Döş xərçənginin müalicədən sonra təkrarlanması yağ metabolizması ilə əlaqələndirildi
Mənbələr
FXR Regulates Intestinal Cancer Stem Cell Proliferation.
Cell, 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.