Aybaşı-menstruasiya pozğunluğu niyə olur – 14 mümkün səbəb

Bu məqalədə
Aybaşı dövrünüz son qanamanızın ilk günündən növbəti menstruasiya dövrünün başlanğıcına qədər sayılır. Dövrünüz 38 gündən uzundursa və ya vaxtı dəyişirsə, qeyri-müntəzəm olduğu deyilə bilər.
Qeyri-müntəzəm aybaşının hormonal tarazsızlıqdan başqa səbəbləri də ola bilər və mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Gəlin birlikdə aybaşı pozğunluğunun mümkün səbəblərinə və bağlı şikayətlərə baxaq.
1. Hamiləlik
Hamiləliyi nəzərdən qaçıra bilərsiniz. Ləkələnmə də fərq etməməyinizə səbəb ola bilər.
Hamiləliyin digər erkən əlamətlərinə bunlar daxil ola bilər:
- Səhərlər narahatlıq
- Ürəkbulanma
- Qoxulara həssaslıq
- Süd vəzilərində iynələnmə və ya həssaslıq
- Səbəbi bilinməyən yorğunluq
Cinsi fəal olduğunuz dövrlərdə bir aybaşı olmamışsa və ya dəyişiklik görmüsünüzsə, evdə hamiləlik testi edə və ya hamiləlik ehtimalına görə həkiminizə görünə bilərsiniz.
Hamiləsinizsə və bir neçə dəqiqədən uzun sürən qasıq və ya qarında kəskin ağrı hiss edirsinizsə, ektopik (uşaqlıqdan kənar) hamiləlik və ya düşük ehtimalını istisna etmək üçün dərhal həkiminizə müraciət edin.
2. Hormonal doğuşa nəzarət üsulları
Hormonal doğuşa nəzarət həbləri və hormonlu uşaqlıqdaxili vasitələr qeyri-müntəzəm qanamaya səbəb ola bilər.
Doğuşa nəzarət həbləri aybaşılar arasında ləkələnməyə və aybaşının daha yüngül keçməsinə səbəb ola bilər.
- Əlaqəli mövzu: Doğuşa nəzarət həbləri - oral kontraseptivlər və XƏRÇƏNG RİSKİ
3. Südvermə
Prolaktin hormonu ana südünün istehsalına cavabdehdir. Prolaktin digər reproduktiv hormonlarınızı basqılayaraq çox yüngül qanamaya və ya heç qanama olmamasına səbəb olur.
Südverməni dayandırdıqdan qısa müddət sonra aybaşı qaydasının qayıtması gözlənilir.
4. Perimenopauza
Perimenopauza menopauzaya girməzdən əvvəl keçid mərhələsi kimi təsvir edilə bilər. Adətən 40 yaşlarının sonuna doğru başlayır, lakin daha erkən də ola bilər.
Aybaşı dəyişikliklərindən başlayaraq 4 ilə 8 il davam edən əlamətlər yaşaya bilərsiniz. Bu müddətdə dəyişkən estrogen səviyyələri aybaşınızın daha uzun və ya daha qısa sürməsinə səbəb ola bilər.
Perimenopauzanın digər əlamət və simptomları (şikayətləri) bunlardır:
- İsti basmaları
- Gecə tərləmələri
- Əhval dəyişiklikləri
- Yatmaqda çətinlik
- Vaginal quruluq
- Əlaqəli mövzu: Gecə tərləmələri xərçəng əlamətidirmi?
5. Polikistik yumurtalıq sindromu (PKOS)
PKOS-un ən geniş yayılmış əlaməti qeyri-müntəzəm aybaşı qanamalarıdır. PKOS-unuz varsa, aybaşı bir dəfə buraxıldıqdan sonrakı dövrdə daha ağır qanama keçirə bilərsiniz.
PKOS həmçinin bunlara səbəb ola bilər:
- Hamilə qalmağın çətinləşməsi
- Üz və bədəndə arzuolunmaz tüklənmə
- Saç tökülməsi
- Çəki artımı və ya piylənmə
- Əlaqəli mövzu: Polikistik yumurtalıq sindromu nədir, necə müalicə edilir? (ətraflı)
6. Qalxanabənzər vəz problemləri
Az işləyən qalxanabənzər vəz daha uzun, daha güclü qanamalara səbəb ola bilər.
2015-ci ildə aparılan tədqiqatda aybaşı pozğunluğu olan iştirakçıların yüzdə 44-ündə qalxanabənzər vəz pozğunluğu olduğu tapılmışdır.
Hipotiroidizm və ya az işləyən qalxanabənzər vəz daha uzun, daha güclü qanamalara və artan sancılara səbəb ola bilər. Həmçinin yorğunluq, soyuğa həssaslıq yaşana və çəki artımına səbəb ola bilər.
Bunları da yaşaya bilərsiniz:
- Qəfil çəki itkisi
- Narahatlıq və əsəbilik
- Ürəkdöyünmə
- Boyunda şişkinlik qalxanabənzər vəz pozğunluqlarının başqa ümumi əlamətlərindəndir.
- Əlaqəli mövzu: Yod çatışmazlığı nədir? Əlamətləri, müalicəsi və süd vəzi xərçəngi ilə əlaqəsi
7. Uşaqlıq fibroidləri (uşaqlıq miomaları)
Fibroidlər uşaqlıq divarında inkişaf edən xoşxassəli əzələ şişləridir. Əksər fibroidlər xərçəng deyil və ölçüsü alma çəyirdəyindən qreypfrut böyüklüyünə qədər dəyişə bilər. Fibroidlər aybaşınızın çox ağrılı olmasına və anemiyaya (qanazlığına) səbəb olacaq qədər güclü qanamaya yol aça bilər. Həmçinin bunları yaşaya bilərsiniz:
- Çanaqda (qasıqda) ağrı və ya təzyiq
- Bel ağrısı
- Ayaqlarda ağrı
- Cinsi əlaqə zamanı ağrı
Əksər miomalar müalicə tələb etmir və anemiya yaranarsa dəmir əlavəsi istifadə edilə bilər.
8. Endometrioz
Endometrioz reproduktiv yaşdakı hər 10 qadından 1-inə təsir edir. Bu, normalda uşaqlıq toxumasının uşaqlıqdan kənarda böyüdüyü vəziyyətdir.
Endometrioz çox ağrı yarada bilər. Həmçinin güclü qanamaya, uzanan qanamaya və aybaşılar arasında qanamaya səbəb olur.
Digər əlamətlər bunlar ola bilər:
- Qarın ağrısı
- Ağrılı bağırsaq hərəkətləri
- Əlaqə zamanı və sonrasında ağrı
- Sonsuzluq
Endometriozun qarşısını alan müalicə yoxdur; yarandıqdan sonra əlamət və şikayət verirsə dərman, hormon müalicəsi və ya cərrahiyyə ilə idarə edilə bilər.
9. Artıq çəkili olmaq
Piylənmə aybaşı pozğunluğu yaradır. Araşdırmalar artıq çəkinin aybaşı dövrünə təsir edə biləcək hormon və insulin səviyyələrini dəyişdirdiyini göstərir.
Sürətli çəki artımı da aybaşı pozğunluğuna səbəb ola bilər.
10. Həddindən artıq çəki itkisi və yemək pozğunluqları
Həddindən artıq və ya sürətli çəki itkisi qanamanızın dayanmasına səbəb ola bilər. Yetərsiz kalori qəbulu ovulyasiya üçün lazım olan hormonların istehsalına mane ola bilər.
18.5-dən aşağı bədən kütləsi indeksinə maliksinizsə, az çəkili sayılırsınız. Dayanan aybaşılarla yanaşı yorğunluq, baş ağrısı və saç tökülməsi də yaşaya bilərsiniz.
11. Həddindən artıq məşq
İntensiv və ya həddindən artıq məşqin menstruasiyaya cavabdeh hormonlara müdaxilə etdiyi göstərilmişdir.
İntensiv məşq edən qadın idmançılar və balet kimi fiziki fəaliyyətlə məşğul qadınlar aybaşıların buraxılması və ya olmamasını (amenoreya) yaşaya bilərlər.
Məşqinizi yenidən etmək və aldığınız kalori miqdarını artırmaq aybaşılarınızı geri qazanmağa kömək edə bilər.
12. Stress
Araşdırmalara görə stress hormonlara müdaxilə edərək aybaşı dövrünü dəyişə bilər. Stressiniz azaldıqdan sonra qanama dövrləri normala qayıtmalıdır.
13. Dərmanlar
Bəzi dərmanlar aybaşı dövrünə təsir edə bilər:
- Hormon basqılayıcı müalicələr
- Hormon əvəzedici müalicələr
- Qan durulaşdırıcılar
- Qalxanabənzər vəz dərmanları
- Epilepsiya dərmanları
- Antidepressantlar
- Kimyaterapiya dərmanları
- Aspirin və ibuprofen
Dərmanlarınızı dəyişmək barədə həkiminizlə məsləhətləşin.
- Əlaqəli mövzu: Hormon əvəzedici müalicə nədir? Hansı qadınlar nə vaxt istifadə etməlidir?
14. Serviks (uşaqlıq boynu) və endometrium (uşaqlıq) xərçəngləri
Uşaqlıq boynu və endometrium xərçəngləri aybaşılar arasında qanama ilə yanaşı aybaşı dövründə dəyişikliklər yarada bilər. Cinsi əlaqə zamanı və ya sonrasında qanama və qeyri-adi axıntı bu xərçənglərin digər əlamət və simptomlarıdır. Lakin aybaşı pozğunluğu olduqda ilk yada düşəcək vəziyyətlər bu xərçənglər deyil. Bununla bağlı narahatlığınız varsa həkiminizlə danışın.
Əlaqəli mövzu:
- Ginekoloji (qadınlara məxsus) xərçənglərin müalicəsi – yeniliklər 2017 və 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.