Biopsiya nədir, növləri, kimlərə və necə edilir?
Qəti xərçəng diaqnozu yalnız biopsiya ilə qoyulur. Yazımızda biopsiyanın nə qədər çəkdiyi, biopsiya iynəsi, biopsiya növləri və biopsiyadan sonrakı yan təsirlər haqqında məlumat tapa bilərsiniz. Ən çox rast gəlinən xərçənglər olduğu üçün süd vəzi və ağciyər biopsiyası ən çox maraqlanılan üsullardır.

Bu məqalədə
Biopsiya nədir?
Biopsiya, bir xəstəliyi təhlil etmək üçün hüceyrələrin və ya toxumanın götürülməsidir. Biopsiyanın məqsədi nümunənin struktur və histoloji xüsusiyyətlərini səciyyələndirmək və bəzi hallarda müəyyən molekulyar biomarkerlərin mövcudluğunu yoxlamaqdır. Onkologiyada xərçəngin olub-olmadığını müəyyən etmək və xəstəliyin idarəolunması qərarlarına istiqamət verəcək digər xüsusiyyətləri qiymətləndirmək üçün biopsiya vacibdir.
Biopsiya zamanı və sonrasında nə gözləməli olduqları haqqında xəstələri məlumatlandırmaq biopsiyadan əvvəlki anksiyetenı (biopsiyadan əvvəl narahatlığı) azaltmaq üçün vacibdir. Xəstələr adətən biopsiya zamanı ağrı və ya narahatlıqdan çəkinirlər. Bir araşdırmada biopsiyadan əvvəl ağrı gözləntisininbiopsiya zamanı hiss edilən ağrını artırdığı tapıldı. Digər tədqiqatda isə xəstələrin biopsiyaya hazırlanmasının daha aşağı narahatlıq səviyyələri ilə əlaqəli olduğu tapıldı.
Biopsiyadan əvvəl
Bir neçə fərqli biopsiya var; biopsiya növləri, götürülən toxuma miqdarına və toxumanın kəsilmə formasına görə fərqlənir. Həkimlər biopsiya növünün seçimini biopsiyanın ümumi məqsədinə və hansı orqandan götürüləcəyinə görə müəyyənləşdirir.
Fərqli biopsiyaları bu üç nümunə ilə daha yaxşı anlaya bilərsiniz:
- Yalnız xərçəng var və ya yoxdur demək üçün az sayda hüceyrə yetərli olduğu halda, biomarkerlərin təhlili üçün daha çox toxumaya ehtiyac ola bilər.
- Limfomadan şübhələnilirsə, limfa düyününün hamısını eksizional biopsiya ilə çıxarmaq lazım olduğu halda, limfa düyününə metastaz verən başqa solid (bərk orqan) xərçəngindən şübhələnilirsə, limfa düyünündən tru-cut (qalın iynə) ilə yalnız toxuma parçasını götürmək kifayət edə bilər.
- Tiroid xərçəngi diaqnozu üçün tiroiddən incə iynə biopsiya-sı kifayətdir.
Biopsiya xərçəngin metastaz verməsinə (yayılmasına) səbəb olurmu?
Xəstələr və ya yaxınları, «şişə bıçaq vurulmasının xərçəngi yaydığı» narahatlığını çoxdan daşıyırlar. Amma əslində çox vaxt belədir: Xüsusilə keçmiş dövrlərdə xərçənglər adətən 4. mərhələdə, yəni artıq başqa orqanlara yayılmış halda diaqnoz alırdı, yəni biopsiya edildikdə onsuz da metastaz var idi.
Biopsiyanın metastaz başlada bilən şiş hüceyrələrini toxum kimi əkə biləcəyi narahatlığına müasir biopsiya üsulları ilə artıq ehtiyac qalmamışdır. Tədqiqatlar bunun bir çox xərçəng üçün potensial, lakin çox nadir risk olduğunu göstərir.
Baş və boyun xərçəngi haqqında 7 tədqiqatın sistematik icmalında incə iynə aspirasiyası ilə biopsiya edilən halların yalnız % 0.00012-sində və qalın iynə biopsiyası edilən halların % 0,0011-ində xərçəng hüceyrəsi əkilməsi hesablandı. Prostat xərçəngi haqqında sistematik icmal biopsiya ilə xərçəngin yayılma riskinin % 1-dən az olduğunu bildirdi.
Süd vəzi xərçəngi haqqında başqa tədqiqatda biopsiya ilə xərçəng hüceyrəsi əkilməsi olsa belə, bu təbii yolla baş verən metastaz olmadığı üçün hüceyrələrin canlı qala bilmədiyi bildirilir. Həmçinin vakuum dəstəkli biopsiyanın ənənəvi avtomatik tru-cut cihazları ilə müqayisədə daha aşağı əkilmə riski ilə əlaqəli olduğu tapıldı.
Biopsiya necə edilir?
Biopsiyaların əksəriyyəti ambulator aparılır və yerli anesteziya istifadə olunur (xəstəxanaya yatmaq lazım deyil). Dərin daxili orqanı əhatə edən kimi daha mürəkkəb biopsiyalar daha geniş anesteziya tələb edə bilər. Xəstələr yanlarında müşayiətçi lazım olub-olmadığını, prosedurdan əvvəl yemək və içməyə icazə verilib-verilmədiyini və biopsiya günü ilə bağlı təlimatları anlamalıdırlar.
Xəstələrin əksəriyyəti biopsiya zamanı ağrı hiss etmir. Ultrasəs nəzarətində süd vəzi biopsiyası aparılan 136 qadının tədqiqatında xəstələrin müvafiq olaraq % 40 və % 49-unun heç ağrı hiss etmədiyi və ya yüngül ağrı hiss etdiyi, yalnız % 12-sinin biopsiya zamanı orta və şiddətli ağrı yaşadığı bildirildi. Həmçinin biopsiya zamanı ağrı gözləyənlərin ağrı yaşama ehtimalı daha yüksək tapıldı; bu da prosedurdan əvvəl xəstələrə nə gözləməli olduqlarını öyrətməyin və məlumatlandırmanın əhəmiyyətini vurğulayır.
- Süd vəzi biopsiyasından əvvəl bilməli olduqlarınız
- Süd vəzi biopsiyası nədir və necə edilir? (ətraflı)
Biopsiyadan sonra
Biopsiyadan dərhal sonrakı bərpa müddəti anesteziya səviyyəsinə və biopsiya nahiyəsinə görə dəyişəcək. Məsələn, daha mürəkkəb biopsiya keçirilən xəstələrə evə buraxılmadan əvvəl bir neçə saat müşahidə lazım ola bilər (ağciyər biopsiyası kimi). Xəstələr və baxıcılar prosedurdan dərhal sonra nə gözləməli olduqları, prosedurun edildiyi mərkəzdə təxminən nə qədər qalacaqları, xəstənin müstəqil işləyə bilməsindən əvvəl nə qədər gözləyəcəkləri və fiziki fəaliyyətlərdə hər hansı məhdudiyyət ehtiyacı haqqında məlumatlandırılmalıdır.
Biopsiyadan sonra mümkün ağırlaşmalar (prosedura bağlı yarana biləcək yan təsirlər) da dəyişir. Xəstələr və qayğı göstərənlərhansı ağırlaşmaların normal olduğu və biopsiyadan sonra ağırlaşmaların əlamət və tapıntıları haqqında məlumatlandırılmalıdır.
Biopsiyadan sonra görülən yayğın mümkün ağırlaşmalar arasında biopsiya nahiyəsində narahatlıq, göyərmə və / və ya qanama var.
Görüntü nəzarətində süd vəzi biopsiyası aparılan 351 qadının tədqiqatında, biopsiyadan sonrakı ağrının yüngül olduğu bildirildi:
- ultrasəs nəzarətində biopsiya ilə 10 üzərindən orta 2.3 bal
- vakuum dəstəkli stereotaktik biopsiya ilə 3.1 bal
- həkim təcrübəsinin səviyyəsi artdıqca bildirilən ağrı azalırdı; istifadə edilən biopsiya iynəsinin növündən və neçə biopsiya parçası götürüldüyündən asılı olmayaraq.
Transrektal (anusdan) ultrasəs nəzarətində prostat biopsiyası aparılan 900-dən çox kişinin tədqiqatında şəxslərin % 44-ünün biopsiyadan sonrakı 35 gün ərzində ağrı bildirdiyi, lakin yalnız % 7-sində ağrının ciddi və ya orta dərəcəli problem olduğu bildirildi.
- Prostat biopsiyası nədir? Hansı hallarda edilməlidir və necə edilir? (ətraflı)
Xəstələr biopsiyadan sonra mümkün qanama, göyərmə və şişmə haqqında məlumatlandırılmalıdır, çünki bu simptomlar (əlamət/şikayət) narahatlığa səbəb ola bilər. Məsələn, prostat biopsiyası tədqiqatında % 93, % 66 və % 37 nisbətində hemoeyakulyat (qanlı sperma), hematuriya (qanlı sidik) və ya hematoxeziya (qanlı nəcis) bildirildi. Belə yan təsirlər yaşayanlar daha çox narahatlıq bildirirlər.
Biopsiya nəticələri
Xəstələrin əksəriyyəti təbii olaraq biopsiya nəticələrinin mümkün qədər tez çıxmasını istəyir. Mümkün melanoma üçün biopsiya edilən 301 xəstədən ibarət çoxmərkəzli tədqiqatda xəstələrin % 52-sinin telefon danışığı, səsli mesaj, e-poçt və ya onlayn portal kimi sürətli üsulla nəticə almaq istədiyi tapıldı. Nəticələr anormal olduqda xəstələrin təxminən % 70-inin bunun telefonla bildirilməsini, %28-inin isə üz-üzə görüşü seçdiyi bildirildi. Normal nəticəli xəstələrin təxminən %32-si səsli mesajı məqbul saydığını, sonra təxminən % 28 və % 24-ünün e-poçt və ya telefon danışığını seçdiyini bildirdi. Onlayn portala gənc və daha yüksək təhsilli xəstələr üstünlük verdi.
Xəstələrin əksəriyyəti nəticələrini sürətlə almağa üstünlük versə də, bəziləri üz-üzə görüşü seçə bilər. Bu, biopsiyadan əvvəl müzakirə olunmalı və qərarlaşdırılmalıdır. Nəticələri almaq üçün sürətli üsulu seçən xəstələrə xəbər mülayim ünsiyyət dili ilə verilməlidir.
Mənbələr
Pre-biopsy psychological factors predict patient biopsy experience.
Int J Behav Med. 2014.
2. Soo AE, Shelby RA, Miller LS, et al.
Predictors of pain experienced by women during percutaneous imaging-guided breast biopsies.
J Am Coll Radiol. 2014.
3. Mayo Clinic Staff.
Biopsy: Types of biopsy procedures used to diagnose cancer. Mayo Clinic.
mayoclinic.org - Published December 17, 2016. Accessed September 28, 2018.
4. Volanis D, Neal DE, Warren AY, Gnanapragasam VJ.
Incidence of needle-tract seeding following prostate biopsy for suspected cancer: a review of the literature.
BJU Int. 2015.
5. Minaga K, Takenaka M, Katanuma A, et al.
Needle tract seeding: an overlooked rare complication of endoscopic ultrasound-guided fine-needle aspiration.
Oncology. 2017.
6. Shah KS, Ethunandan M.
Tumour seeding after fine-needle aspiration and core biopsy of the head and neck — a systematic review.
Br J Oral Maxillofac Surg. 2016.
7. Rosario DJ, Lane JA, Metcalfe C, et al.
Short term outcomes of prostate biopsy in men tested for cancer by prostate specific antigen: prospective evaluation within ProtecT study.
BMJ. 2012.
8. Wade J, Rosario DJ, Macefield RC, et al.
Psychological impact of prostate biopsy: physical symptoms, anxiety, and depression.
J Clin Oncol. 2013.
9. Choudhry A, Hong J, Chong K, et al.
Patients' preferences for biopsy result notification in an era of electronic messaging methods.
JAMA Dermatol. 2015.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.