Təsadüfən kəşf edilən və xərçəng hüceyrəsi növlərinin çoxunu öldürən yeni immun hüceyrə

Bu məqalədə
Xərçənglərin çoxunu öldürən yeni növ immun sistemi hüceyrəsi müalicədə böyük irəliləyişin xəbərçisi ola biləcək tapıntı ilə kəşf edildi. Tədqiqat 20 yanvar 2020 tarixində Nature Immulogy adlı elmi jurnalda dərc edildi.
İngiltərənin Cardiff Universitetinin tədqiqatçıları, tamamilə yeni T hüceyrəsi növünü tapanda Uelsdəki qan bankından aldıqları nümunələrdə bakteriyalarla mübarizə apara bilən immun hüceyrələri axtarırdılar.
Bu yeni immun hüceyrə sağlam hüceyrələrə toxunmayarkən əksər insan xərçənglərinə yapışan, qarmaq kimi işləyən, əvvəl təsvir olunmamış bir reseptor daşıyır.
Laboratoriya tədqiqatlarında yeni reseptorla təchiz edilmiş immun hüceyrələrin ağciyər, dəri, qan, yoğun bağırsaq, süd vəzi, sümük, prostat, yumurtalıq, böyrək və uşaqlıq boynu xərçəngini öldürdüyü göstərildi.
Tədqiqatın baş müəllifi, Cardiff Universiteti Tibb Fakültəsindən T hüceyrələri üzrə mütəxəssis professor Andrew Sewell güclü xərçəng əleyhinə xüsusiyyətli hüceyrənin tapılmasının və universal müalicə ehtimalının gündəmə gətirilməsinin xərçəng müalicəsi üçün «böyük hadisə» olduğunu dedi.
«Bu, təsadüfi tapıntıdır, heç kim bu hüceyrənin mövcud olduğunu bilmirdi.» dedi Prof Sewell.
«Tapıntımız müxtəlif xərçənglərə təsir edən tək tip T hüceyrəsi ilə “hamıya uyğun” (one size fit all) xərçəng müalicəsi ehtimalını artırır. Əvvəllər heç kim bunun mümkünlüyünə inanmırdı.»
Bu tapıntı «Bəzi şəxslər immun sistemi vasitəsilə xərçəngə qarşı təbii immunitetə malikdirmi?» sualını doğurur. Müəlliflər bunun çox nadir hallarda mümkün ola biləcəyini vurğulayırlar. Bəlkə də bu nadir T hüceyrə reseptoru bir çox şəxsdə ya yoxdur, ya da aktiv deyil.
Müəyyən xərçənglərə qarşı immun hüceyrələri dəyişdirən immunoterapiyalar artıq mövcuddur (CAR-T hüceyrə müalicəsi kimi), lakin hazırda yalnız bəzi leykemiya-limfoma formalarında faydalıdır və xərçənglərin çoxunu təşkil edən solid (bərk, orqan) şişlərində zəif qalır.
CAR-T və TCR-T (T Cell Reseptor) kimi tanınan bu müalicələr xəstədən immun hüceyrələrin alınmasını əhatə edir; sonra bunlar dəyişdirilir ki, xərçəng hüceyrələrinin səthindəki molekullara bağlana bilsinlər.
Sonra hüceyrələr milyonlarla olacaq şəkildə çoxaldılır və xəstənin qan dövranına geri yeridilir.
CAR-T müalicəsi hazırda müəyyən leykemiya və limfoma formalarında verilir, lakin xərçənglərin böyük əksəriyyəti olan bərk şişlərdə işləmir. TCR-T müalicələri bəzi digər xərçənglərdə işləyə bilər, amma əhali arasında çox fərqlənən HLA adlı molekullara bağlanmalıdırlar.
Bunun əksinə kəşf edilən yeni T hüceyrəsi insanlarda dəyişməyən MR1 adlı xərçəng hüceyrəsi molekuluna bağlanır. Buna görə yeni kəşf edilmiş bu hüceyrələrə, MR1T-hüceyrə adı verildi.

Bu, müalicənin yalnız xərçənglərin çoxunda işləməyəcəyini deyil, gələcəkdə xərçəng müalicəsi üçün xüsusi «immun hüceyrə banklarının» yaradılması ehtimalını da artıracağını bildirir.
Tədqiqatçılar yeni immun hüceyrələri insan xərçəngi və insan immun sistemi daşıyan siçanlara yeridəndə xərçəngin təmizlənməsi nəticələrini «ruhlandırıcı» tapdılar.
Həmçinin yeni reseptoru ekspressiya etmək üçün dəyişdirilən dəri xərçəngi xəstələrinin T hüceyrələrinin yalnız xəstənin öz xərçəng hüceyrələrini deyil, laboratoriyadakı digər xəstələrin xərçəng hüceyrələrini də məhv edə bildiyini göstərdilər.
Prof Sewell yaxşı komandanın indi potensial yeni müalicəni inkişaf etdirməklə məşğul olduğunu və irəliləyişin artıq çox sürətli ola biləcəyini dedi. Komanda son mərhələli xəstələrdə insan klinik tədqiqatlarının, yeni müalicə əlavə laboratoriya təhlükəsizlik testlərindən keçərsə noyabr 2020 tarixinədək başlaya biləcəyini bildirdi.
CAR-T müalicəsi tətbiq edən Cardiff Universitetinin Hematologiya rəhbəri professor Oliver Ottmann dedi: «Bu yeni T-hüceyrə müalicəsi növünün CAR-T müalicəsinin mövcud məhdudiyyətlərini aşmaq üçün böyük potensialı var. Bir neçə xərçəngdən daha çoxunu hədəfləyir.»
Nəticə
Yeni T hüceyrəsi kəşf edildi. Hamıda yoxdur, çox nadirdir və preklinik (laboratoriya-heyvan) testlərdə əksər xərçənglərə sürətli reaksiya göstərir ki, bu çox gözlənilən hal deyil. Kəşf qismən təsadüfidir; Uelsdə qan bankından alınan qanda bakteriya ilə mübarizə aparan T hüceyrələri araşdırılarkən tapılır. Bu baxımdan hüceyrə immunoterapiyalarının zirvəsi sayılan CAR-T hüceyrə müalicələrini geridə qoya biləcək kəşfdir və işlər yaxşı getsə insan klinik tədqiqatları 2020 sonunda başlayacaq kimi görünür. Yeni T hüceyrələrinin normal sağlam hüceyrələrə reaksiya vermədən xərçəng hüceyrələrini necə tanıyıb öldürdüyünü daha aydın anlamaq üçün başqa tədqiqat lazımdır.
Mənbələr
Genome-wide CRISPR–Cas9 screening reveals ubiquitous T cell cancer targeting via the monomorphic MHC class I-related protein MR1.
Nature Immunology, 20 Jan 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.