İmmunoterapiya kiçikhüceyrəli ağciyər xərçəngində də effektiv oldu

Bu məqalədə
Kiçikhüceyrəli ağciyər xərçəngi bütün ağciyər xərçənglərinin %15-ini təşkil edir. Bu ağciyər xərçəngi növünün yerli irəliləmiş və erkən mərhələsində ən mühüm müalicə variantı kimyaterapiya və radioterapiyanın birgə istifadəsidir. Metastatik xəstəlikdəisə kimyaterapiya ilkin müalicə variantıdır və sonradan müalicəyə radioterapiya əlavə edirik. Qeyri-kiçikhüceyrəli ağciyər xərçəngində effektivliyi sübut olunmuş və FDA təsdiqi alaraq istifadəyə daxil olmuş immunoterapiyaların kiçikhüceyrəli ağciyər xərçəngində aparılmış tədqiqatı ASCO 2018 Konqresində təqdim edildi.
- Əlaqəli mövzu: İmmunoterapiyalar və xərçəng peyvəndləri
Faza-2 klinik tədqiqat olan KEYNOTE-158 adlı araşdırmaya 107 xəstə daxil edildi. Xəstələrin hamısı kimyaterapiyadan sonra xəstəliyi təkrarlamış kiçikhüceyrəli ağciyər xərçəngi xəstələrindən ibarət idi. Müalicə dərmanı kimi pembrolizumab (Keytruda) adlı immunoterapiya tətbiq edildi.
Tədqiqatın nəticələrinə görə:
- Xəstələrin %40-ında immunoterapiyanın effektivliyi ilə əlaqəli PD-L1 testi müsbət idi.
- PD-L1 müsbət xəstələrdə pembrolizumabdan fayda görmə nisbəti %36, xəstəliyin nəzarət altına alınma nisbəti isə %43 müəyyən edildi.
- Xəstəliyi nəzarət altına alınan xəstələrin %73-ünün müalicədən fayda görmə müddəti 1 ildən çox idi.
- PD-L1 testi mənfi xəstələrdə isə müalicədən fayda görmə nisbəti %6 müəyyən edildi.
Tədqiqatın nəticələri illərdir arzu olunan müalicə uğuru əldə edilməyən kiçikhüceyrəli ağciyər xərçənginin müalicəsində yeni yol açacaq xarakterdə olsa da, xəstə qruplarının yaxşı qiymətləndirildiyi ətraflı analizlər çıxdıqdan sonra bu tədqiqatı yenidən qiymətləndirmək lazımdır.
Kiçikhüceyrəli ağciyər xərçəngində müalicə tamamlandıqdan nə qədər sonra xəstəliyin təkrarlandığı çox vacibdir. Bu, bizə xəstəliyin müalicəyə davamlılığınıgöstərir. Müalicə zamanı və ya dərhal sonra təkrarlanan xəstəlik olduqda bu müalicələrdən arzu olunan qədər fayda əldə edilməyə bilər. Bundan əlavə, bilməli olduğumuz digər məqam PD-L1 müsbətliyinin faizidir. Bilirik ki, ağciyər xərçəngində şiş nə qədər yüksək PD-L1 boyanması göstərirsə (xüsusilə %50 və yuxarı), müalicə cavabı da bir o qədər yaxşı olur.
Nəticə olaraq tədqiqatı kiçikhüceyrəli ağciyər xərçəngi üçün böyük addım kimi qiymətləndiririk, lakin yenə də yaxında çıxacaq ətraflı elmi məqaləsi ilə sizin üçün yenidən qiymətləndirmək istəyirik.
Əlaqəli mövzular:
- Siqaret çəkən şəxslərdən hansıları ağciyər xərçəngi skrininqindən keçməlidir?
- İmmunoterapiya ağciyər xərçənginin müalicəsində bütün təməl daşlarını yerindən oynatdı
- Ağciyər xərçənginin müalicəsində yeniliklər - 2017 və 2018
Mənbələr
Faz II study of pembrolizumab in advanced small cell lung cancer KEYNOTE-158
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.