Kiçikhüceyrəli ağciyər xərçəngində ən yaxşı başlanğıc müalicə nədir?

Kiçikhüceyrəli ağciyər xərçəngi (KHAK) bütün ağciyər xərçənglərinin təxminən % 15-ini təşkil edən, demək olar hamısının səbəbi siqaret olan neyroendokrin şişdir.
Onun hüceyrələri, kiçikhüceyrəli olmayan ağciyər xərçəngi hüceyrələrindən daha sürətli böyüyür, bölünür və daha erkən metastaz verir.
Diaqnoz zamanı çox vaxt 4-cü mərhələolur və dərman sayı-növü digər ağciyər xərçənglərindən azdır. Belə ki, 40 il ərzində başlanğıc müalicə 18 mart 2019-da atezolizumab (Tecentriq) təsdiqinədək dəyişməmişdi, median ümumi sağqalma təxminən 10 ay idi. KHAK kimya və şüaya yüksək cavab versə də müalicəyə baxmayaraq aylar ərzində xərçəng təkrarı olur.
4 oktyabr 2019-da The Lancet jurnalında dərc edilən CASPIAN tədqiqatı, irəliləmiş kiçikhüceyrəli ağciyər xərçənginin başlanğıc müalicəsinə yeni seçim gətirib: anti-PD-L1 immunoterapiyası durvalumab (Imfinzi).
CASPIAN-a irəliləmiş, əvvəl kimyaterapiya almamış 500-dən çox xəstə daxil edilib. Standart platin+etoposidə durvalumab əlavə olunması yalnız platin + etoposidlə müqayisədə ömrü əhəmiyyətli uzadıb: 13 aya qarşı 10 ay. Sağqalma və yan təsir nəticələri əvvəl atezolizumaba birinci xətdə FDA təsdiqi gətirən IMpower133 tədqiqatı nəticələrinə bənzəyib.
QEYD: Durvalumab (Imfinzi) əvvəllər, 2017-ci ilin mayında irəliləmiş sidik kisəsi xərçənginin ikinci xətt müalicəsində və 2018-ci ilin fevralında əməliyyatla çıxarıla bilməyən III mərhələ kiçikhüceyrəli olmayan ağciyər xərçənginin saxlayıcı müalicəsi üçün FDA təsdiqi almışdı. Bu immunoterapiya ölkəmizdə hələ istifadəyə daxil olmayıb.
Mənbələr
Durvalumab plus platinum-etoposide versus platinum-etoposide in first-line treatment of extensive-stage small-cell lung cancer (CASPIAN): a randomised, controlled, open-label, phase 3 trial.
Lancet, 23 October 2019
2. Leora Horn, Aaron S. Mansfield, Aleksandra Szczęsna ve ark.
First-Line Atezolizumab plus Chemotherapy in Extensive-Stage Small-Cell Lung Cancer.
NEJM, 6 December 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.