Tənəffüs papillomatozu və badamcıq xərçəngi – HPV ilə əlaqəli iki xəstə nümunəsi

Bu məqalədə
HPV (human papillomavirus) adlı virusun infeksiyası bütün xərçənglərin %5-nə, serviks (uşaqlıq boynu) xərçəngləri-nin isə %99-na səbəb olur. HPV xərçəngdən başqa papilloma / ziyil yaranmasında rol oynayır. Aşağıda, NEJM adlı jurnalda 25 İyul 2019 tarixində təqdim olunan HPV ilə əlaqəli 2 klinik hal nümunəsini paylaşdıq:
Tənəffüs papillomatozu (laringeal papillomatoz)

63 yaşlı kişi xəstə 3 aydır inkişaf edən quru öskürək və fiziki yüklənmə dispnoesi (hərəkətlə artan tənəffüs çətinliyi) tarixçəsi ilə ağciyər klinikasına müraciət etdi. İnsan immunçatışmazlığı virusu (HIV) ilə infeksiya tarixçəsi var idi və bir neçə il fasilələrlə təyin olunan antiretroviral müalicə alırdı. CD4 sayı kubmetr başına 81 hüceyrə idi. Ağciyər müayinəsində dinlədikdə nəfəsvermə zamanı weezing (inilti səsi) var idi. Döş qəfəsinin kompüter tomoqrafiyasında traxeyanın (nəfəs borusunun) mənfəzinə və sol və sağ əsas bronxlara çıxıntı verən çoxsaylı polipoid törəmələr görüldü. Bronxoskopiyada traxeyanın arxa divarında və sol və sağ əsas bronxlarda çoxlu oturaq əsaslı, kövrək, ziyiləbənzər törəmələr diqqət çəkirdi. Histoloji müayinədə səthi orta dərəcədə displaziyalı yastı epitel hüceyrəli papillomalar aşkarlandı və polimeraza zəncirvari reaksiyası təhlilində HPV tip 11 aşkarlandı. Tənəffüs papillomatozu (laringeal papillomatoz) diaqnozu qoyuldu. Xəstəyə lazer dəstəkli mexaniki debulking (papillomaların qaşınaraq çıxarılması) tətbiq edildi və əlamətlərin əhəmiyyətli azalması bildirildi. 7 ay sonra aparılan izləmədə CD4 sayı kubmetr başına 171 hüceyrəyə yüksəlmişdi. Xəstənin əlamətləri təkrarlandı və təkrarlanan papillomalar üçün debulking prosedurlarına davam edildi.
-Əlaqəli mövzu: Təkrarlanan laringeal papillomatoz, HPV ziyil papilloma nədir? (ətraflı)
Tonzil (badamcıq) xərçəngi
60 yaşlı kişi xəstə qulaq-burun-boğaz klinikasına 2 aydır boynunun sağ tərəfində sərt kütlə ilə müraciət etdi. Siqaret və ya ağır alkoqol istifadəsi tarixçəsi yox idi. Səsində dəyişiklik, ağrı və ya udma çətinliyi yox idi. Orofarenksin (ağız içi və udlaq) müayinəsində asimmetrik böyümüş sağ tonzil (badamcıq) aşkarlandı. Badamcıqdan biopsiya nümunəsi alındı və invaziv, keratinləşməyən, yastı hüceyrəli xərçəng ortaya çıxdı. Badamcıq xərçənginin səbəbini müəyyənləşdirmək üçün aparılan immunohistokimyəvi təhlildə HPV-nin p16 zülalı üçün güclü nüvə və sitoplazmatik boyanma aşkar edildi... Badamcıq xərçəngi olan hər xəstədə görünən törəmə olmur; badamcıq kriptləri şişləri gizlətmiş ola bilər. Xəstəyə müalicə olaraq induksiya kimyaterapiyası və immunoterapiya başlandı, ardınca xərçəngi cərrahiyyəyə uyğun hala gəldi. Şişin və boyun limfa düyününün çıxarılması əməliyyatı aparıldı. Şüa müalicəsinə ehtiyac qalmadı. Altı aylıq izləmədə xəstədə hər hansı xərçəng əlaməti yox idi, işinə qayıtdı və sağlam pəhrizə başladı.
- Əlaqəli mövzu: Badamcıqda xərçəng necə yaranır? Badamcıq (tonzil) xərçənginin əlamətləri və müalicəsi (ətraflı)
Mənbələr
2. Tonsil Cancer. Zhen Gooi and Nishant Agrawal. July 25, 2019. N Engl J Med
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.