Yeni nəsil süd vəzi xərçəngi dərmanları CDK 4/6 inhibitorları həm gənc, həm yaşlı xəstələrdə təsirlidir

Bu məqalədə
Hormon reseptoru müsbət, HER2-mənfi metastatik süd vəzi xərçəngli qadınlar üçün birinci xətt müalicə kimi siklindən asılı kinaza 4/6 (CDK 4/6) inhibitoru və aromataza inhibitorunun kombinasiyasının effektivliyini və təhlükəsizliyini qiymətləndirən tədqiqat təqdim edildi. Journal of Clinical Oncology adlı jurnalda dərc edilmiş və 3 randomizə klinik tədqiqatın məlumatlarını ehtiva edən nəticələr yaşlı və gənc postmenopauzal (menopauzaya girmiş) qadınların bu müalicədən oxşar fayda gördüyünü, lakin yaşlı qadınların daha çox yan təsir yaşadığını bildirmişdir.
Süd vəzi xərçənginin standart hormonal müalicəsinin CDK 4/6 inhibitoru ilə kombinasiyası hormon reseptoru müsbət, HER2-mənfi irəli mərhələli süd vəzi xərçəngi olan menopauzadan sonrakı qadınlar üçün hazırda standart birinci xətt süd vəzi endokrin müalicəsi kimi qəbul edilir; yəni CDK 4 / 6 inhibitorunun (məsələn, palbociclib, ribociclib, abemaciclib) aromataza inhibitoru və ya fulvestrant ilə eyni zamanda tətbiqi.
Süd vəzi xərçəngi olan yaşlı qadınların yüksək nisbətinə baxmayaraq bu qrup — xüsusilə 75 yaş və yuxarı olanlar — klinik tədqiqatlarda yetərincə təmsil edilməmişdir. Buna görə CDK4/6 inhibitoru ilə birlikdə endokrin müalicə nəzərdə tutulan yaşlı xəstələrə dair klinik məlumatlar məhduddur.
Bu təhlilə 3 klinik tədqiqatdan ümumilikdə 1105 xəstə daxil edilmişdir:
- PALOMA-2: palbosiklib (Ibrance) ilə birlikdə və ya tək letrozol,
- MONALEESA-2: ribosiklib (Valamor) ilə birlikdə və ya tək letrozol və
- MONARCH-3: abemasiklib (Verzenios) ilə birlikdə və ya tək anastrozol yaxud letrozol.
Bu xəstə qrupunda 456 (%25) və 198 (%10.8) xəstə müvafiq olaraq ən az 70 və ya 75 yaşında idi. Hər 3 tədqiqatın birincili sonlanma nöqtəsi proqressiyasız (irəliləməsiz) sağqalım idi. Bütün xəstələr menopauzadan sonra idi, metastatik xəstəlik üçün əvvəllər müalicə almamışdılar və ümumi performans vəziyyəti ECOG 0 və ya 1 idi.
Təhlilin nəticələri
- Təhlilə daxil edilmiş bütün xəstələr üçün median proqressiyasız sağqalım müddəti tək aromataza inhibitoru alan xəstələrdə 14.8 ay və CDK 4/6 inhibitoru ilə birlikdə aromataza inhibitoru ilə müalicə edilənlərdə 27.7 ay idi.
- Müvafiq nəticələr 70 yaş və yuxarı xəstələr üçün 19.2 ay və 33.1 ay, 75 yaşdan yuxarı olanlar üçün 13.7 ay və 24.9 ay idi.
- 75 yaşdan yuxarı və 75 yaşdan aşağı xəstələr yan təsirlər baxımından müqayisə edildikdə yaşlı xəstələrdə daha yüksək ciddi (3. və 4. dərəcə) yan təsirlər müşahidə edildi: %88.8 qarşı %73.4.
- Əlavə olaraq 75 yaş və yuxarı xəstələrdə dozanın azaldılması / buraxılması (%81.6 – %71.1) və müalicənin dayandırılması (%32.0 – %12.1) daha çox yaşandı.
- 75 yaş və yuxarı xəstələr aromataza inhibitoru ilə birlikdə CDK 4/6 inhibitoru ilə müalicə edilərkən daha çox ishal (%53.6 qarşı %45.5) və yorğunluq (%54.4 – %44.3) yaşadılar.
- 70 yaş və yuxarı kombinasiya müalicəsi alan xəstələrdə 1 ilə 3 müalicə dövrlərində dozanın azaldılması / fasilə daha çox baş verdi və neytropeniya, ishal və yüksəlmiş kreatinin doza azaldılması / fasilə ilə əlaqəli ən yayılmış yan təsirlər idi.
Nəticə olaraq, irəli yaş qruplarındakı süd vəzi xərçəngli xəstələr CDK 4/6 inhibitorlarından oxşar fayda əldə edir və bu xəstə qrupu üçün dəstəkləyici müalicə tədbirləri ilə yan təsirlərin daha yaxından idarə edilməsi yaşlı xəstələrdə bu müalicə rejiminə dözümlülüyü artıra bilər.
*


Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.