Yoğun bağırsaq xərçəngində ömrü uzatmaq üçün: sağlam qidalanma və idman

12 apreldə JAMA Oncologydə dərc edilmiş müşahidə tədqiqatının nəticələrinə görə, düzgün qidalanma və idman vərdişi yoğun bağırsaq xərçəngi olan insanların ömrünün uzadılmasında effektivdir.
Sağlam qidalanma və idman vərdişini həyat tərzinə çevirən 3-cü mərhələ yoğun bağırsaq xərçəngi xəstələrində ölüm göstəricisinin %42 aşağı olduğu görülmüşdür.
Tədqiqatçılar bu yeni araşdırma ilə əvvəllər verilən qismən qeyri-müəyyən pəhriz və idman tövsiyələrini dəqiqləşdirərək; gündə 5-6 porsiya meyvə-tərəvəz və həftədə ən azı 150 dəqiqə idman etməyi tövsiyə edirlər. Bunu da xərçəngə nəzarətin xüsusi sirri kimi təsvir edirlər.
Tədqiqat təxminən 20 il əvvəl başlamış Xərçəng və Leykoz Qrupu B (CALGB) klinik araşdırması idi. Bu klinik tədqiqat irinotekan adlı kimyaterapiyanı alan yoğun bağırsaq xərçəngi xəstələrini əhatə edirdi. Araşdırma çərçivəsində kimyaterapiya zamanı və sonra həyat tərzi sorğusu da keçirilmişdi. Bu müşahidə tədqiqatında təhlil üçün uyğun 992 xəstə var idi.
Yeddi illik izləmədə 335 residiv (yenidən yaranma, təkrarlanma) və 299 ölüm olmuşdur; bunlardan 43 nəfər residivsiz (yoğun bağırsaq xərçənginin təkrarlanması ilə əlaqəli olmadan) həyatını itirmişdir. Tədqiqat nəticəsində Amerika Xərçəng Cəmiyyətinin sağlam qidalanma və idman təlimatına əməl edən xəstələrin belə həyat vərdişi olmayanlara nisbətən ölüm göstəricisinin %42 aşağı və 5 illik sağqalım göstəricilərinin əhəmiyyətli dərəcədə yüksək olduğu tapılmışdır.
Xəstələrin çoxunun sağlam həyat tərzini təxirə salması üçün əsaslı səbəbi olmasa da, xüsusilə müalicə zamanı buna o qədər də müsbət yanaşmırlar.
Yoğun bağırsaq xərçəngi olan insanlar da daxil olmaqla, ümumiyyətlə xərçəng xəstələrinin bu həyat tərzi haqqında tez-tez verdiyi bəzi suallar var: “Nə yeməliyəm? Hansı idmanı etməliyəm? kimi. Bu suallarınız üçün aşağıdakı yazılarımızı nəzərdən keçirə bilərsiniz:
- Ən sağlam qidalanma proqramları siyahısı 2018 – adı tez-tez eşidilən pəhrizlər haradadır?
- İdmanın xərçəngin böyüməsini necə azaltdığına dair ən konkret tədqiqat
Tədqiqatın təfərrüatları
Yoğun bağırsaq xərçəngi xəstələrində həyat tərzi ilə bağlı nəticələri qiymətləndirmək üçün tədqiqatçılar müəyyən amilləri — bədən kütlə indeksini, fiziki aktivliyi, tərəvəz, meyvə, tam taxıl, qırmızı və emal edilmiş ət istehlakını — hər xəstə üçün Amerika Xərçəng Cəmiyyəti Təlimatının bal sisteminə əsasən qiymətləndirdilər.
Qiymətləndirmə 0-dan 6-ya qədər göstərildi və yüksək bal daha sağlam seçimləri təmsil etdi.
- Bədən kütlə indeksi 25.0 – 29.9 arasında olan xəstələrin bədən kütlə indeksi 30-dan yuxarı olan xəstələrə nisbətən ölüm riskinin daha az olduğu tapıldı.
- Tədqiqatçılar alkoqol qəbul etməyən xəstələrlə müqayisədə tez-tez alkoqol qəbul edənlərin ölüm riskinin statistik baxımdan əhəmiyyətli olmasa da artdığını bildirdilər. Bununla belə, az və ya mülayim miqdarda alkoqol qəbul edənlərdə ölüm riskinin əhəmiyyətli azalması aşkarlanmadı.
- Alkoqol qəbulunun xərçəng riskini artırdığı aydın şəkildə ortaya qoyuldu
- Gündə 5 və ya daha çox porsiya meyvə-tərəvəz yemək faydalı hesab edilərkən, qırmızı və emal edilmiş ət istehlakının ölüm riskini artırdığı tapıldı. Emal edilmiş ət istehlakının yoğun bağırsaq xərçəngi riskini artırdığı məlum olsa da, qırmızı ət istehlakı ilə xərçəngin əlaqəsi aydın deyil. Buna görə birbaşa bu mövzunu hədəfləyən daha geniş tədqiqatlara ehtiyac var.
- Üstün və mənfi tərəfləri ilə qırmızı ət
Bu tədqiqatın çoxsaylı xəstəni əhatə etməsi, standartlaşdırılmış xərçəng müalicəsi, təkrarlanan həyat tərzi qiymətləndirmələri və tam izləmə kimi bir çox güclü tərəfi var. Bununla belə, bir neçə zəif tərəfi də mövcuddur. Məsələn, xəstələrin diaqnozdan əvvəlki həyat tərzinin və ya diaqnozdan sonra dəyişən davranışlarının müşahidə edilmiş nəticələrə təsir etmədiyi qənaətinə gələ bilmərik.
Nəticə olaraq, bu tədqiqata görə sağlam bədən çəkisinə malik olmaq, fiziki aktiv olmaq və III mərhələ yoğun bağırsaq xərçəngi diaqnozundan sonra tərəvəz, meyvə və tam taxıllarla zəngin pəhrizlə qidalanmaq daha uzun sağqalım ilə əlaqəlidir.
ƏLAQƏLİ MÖVZULAR
Mənbələr
Association of Survival With Adherence to the American Cancer Society Nutrition and Physical Activity Guidelines for Cancer Survivors After Colon Cancer Diagnosis. The CALGB 89803/Alliance Trial.
JAMA Oncol. April 12 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.