Erkən mərhələli üçlü mənfi süd vəzi xərçəngində pembrolizumab immunoterapiyası FDA təsdiqi aldı

Bu məqalədə
26 iyul 2021-ci ildə FDA ABŞ Qida və Dərman İdarəsi neoadyuvant əməliyyatöncəsi kiçildici müalicə kimi kimyaterapiya ilə birlikdə, sonra əməliyyatdan sonra adyuvant tək vasitə kimi davam etdirilmək üçün yüksək riskli, erkən mərhələli üçlü (triple) mənfi süd vəzi xərçəngində istifadə üçün pembrolizumab (Keytruda, Merck) adlı immunoterapiyanı təsdiqlədi.
FDA həmçinin təsdiqli testlə şişində PD-L1 (Kombinə müsbət bal [CPS] ≥10) ifadəsi müəyyən edilən, yerli təkrarlayan, əməliyyat olunmayan və ya metastatik üçlü mənfi süd vəzi xərçəngində pembrolizumab və kimyaterapiya kombinasiyasına adi təsdiq verdi. FDA 2020-ci ilin noyabrında bu göstərişə sürətləndirilmiş təsdiq vermişdi.
Erkən süd vəzi xərçəngində FDA təsdiqini təmin edən tədqiqat
Pembrolizumabın neoadyuvant kimyaterapiya ilə birlikdə, sonra cərrahiyyə və tək pembrolizumablı adyuvant müalicə şəklində effektivliyi 1174 xəstəli randomizə edilmiş, çoxmərkəzli, ikiqat kor, plasebo nəzarətli KEYNOTE-522tədqiqatında araşdırıldı.
Xəstələr yeni diaqnozlu, əvvəl müalicə almamış, yüksək riskli erkən üçlü mənfi süd vəzi xərçəngi xəstələri idi. Yüksək risk belə təyin edildi: şiş 1 cm-dən böyük, ≤2 cm və düyün tutulması olan; yaxud düyündən asılı olmayaraq 2 cm-dən böyük. Yəni T1c N1-2 və ya T2-4 N0-2. Xəstələr şiş PD-L1 ifadəsindən asılı olmayaraq daxil edildi.
Xəstələr kimyaterapiya ilə pembrolizumab və ya kimyaterapiya ilə plasebo üçün 2:1 nisbətində təsadüfi 2 qrupa ayrıldı.
Nəticələr
Əsas effektivlik meyarları patoloji tam cavab göstəricisi və hadisəsiz sağqalma idi.
- Pembrolizumab və kimyaterapiya alanlarda patoloji tam cavab %64.8 (%95 etibar intervalı: 59.5, 66.4), tək kimyaterapiyada %51 (%95 etibar intervalı: 50.6, 60.6) idi.
- Hadisəsiz sağqalma müvafiq olaraq %91.3 və %85.3 idi (HR 0,63; %95 etibar intervalı: 0,43, 0,93).

Yan təsirlər
Pembrolizumab-kimyaterapiya tədqiqatlarında xəstələrin ≥ %20-sində ən çox bildirilən yan təsirlər yorğunluq/asteniya, ürəkbulanma, qəbizlik, ishal, iştahasızlıq, səpgi, qusma, öskürək, təngnəfəslik, qızdırma, alopesiya, saç tökülməsi, periferik neyropatiya, selikli qişa iltihabı, stomatit, ağız yarası, baş ağrısı, çəki itkisi, qarın ağrısı, artralgiya, mialgiya və yuxusuzluq idi.
Tövsiyə olunan pembrolizumab dozası 30 dəqiqəlik venadaxili infuziya ilə hər 3 həftədə 200 mg və ya hər 6 həftədə 400 mg-dır. Neoadyuvant müalicədə 24 həftə kimyaterapiya ilə, sonra adyuvant olaraq 27 həftəyə qədər tək verilir.
*
Aşağıda patoloji tam cavablı xəstələrin alt qruplar üzrə təhlili göstərilir:

Mənbələr
2. Pembrolizumab for Early Triple-Negative Breast Cancer. Peter Schmid, M.D., Javier Cortes, M.D., Lajos Pusztai, M.D., Heather McArthur, M.D., Sherko Kümmel, M.D., Jonas Bergh, M.D., Carsten Denkert, M.D., Yeon Hee Park, M.D., Rina Hui, Ph.D., Nadia Harbeck, M.D., Masato Takahashi, M.D., Theodoros Foukakis, M.D., et al., for the KEYNOTE-522. NEJM 27 Feb 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.