İmmunoterapiya və kimyaterapiya kombinasiyası sidik kisəsi xərçənginin müalicəsində yeni səhifə açdı

Bu məqalədə
Sidik kisəsi xərçəngisidik sisteminin (sidik yollarının) ən çox rast gəlinən xərçəngidir. Xəstələrin %25-ində diaqnoz zamanı və ya izləmələrdə metastaz (bədənə yayılma) inkişaf etmiş olur. Belə irəliləmiş mərhələ sidik kisəsi xərçəngli xəstələrin başlanğıc müalicəsində standart yanaşmanı sistemik kimyaterapiyalar təşkil edir. Təəssüf ki, mövcud çoxsaylı kimyaterapiya seçimlərinə baxmayaraq bu xəstələrdə median ömür təxminən 15 aydır. Sidik kisəsi xərçəngli xəstələrimizdə digər mühüm problem yanaşı xəstəliklərə görə xəstələrin təxminən % 50-sinə istənilən effektiv kimyaterapiyanın tətbiq edilə bilməməsidir.
İmmunoterapiyalar bir çox xərçəng tipində effektivliyini göstərmiş, xüsusilə sidik kisəsi xərçəngində kimyaterapiya ala bilməyən xəstələrdə təsirli olduğu sübut edilmiş dərmanlardır. Bu vasitələrdən atezolizumab (Tecentriq) və pembrolizumab (keytruda), sisplatin tərkibli kimyaterapiya rejimini ala bilməyən xəstələr arasında PD-L1 immunoterapiya markeri müsbət olanlarda birinci xətt müalicədə həm Amerika dərman idarəsinin (FDA), həm Avropa dərman idarəsinin (EMA) təsdiqi ilə klinik istifadəyə daxil olub. Klinikada istifadə olunan “bu immunoterapiyaların effektivliyini daha necə artıra bilərik” sualı bu günün ən mühüm araşdırma sahələrindəndir.
Kimyaterapiyaların immunoterapiyaların effektivliyini artırdığı əvvəlki tədqiqatlarda göstərilib. Bu tədqiqatlar nəticəsində hazırda ağciyər xərçəngində performansı uyğun xəstələr üçün immunoterapiya və kimyaterapiyanın birlikdə istifadəsi birinci xətt müalicədə yerini alıb. Eyni effektivliyi sidik sistemi xərçənglərində qiymətləndirən iki fərqli tədqiqat onkologiyada əks-səda doğurdu.
Sidik kisəsi xərçəngində immunoterapiya üstəgəl kimyaterapiyanı qiymətləndirən 2 yeni tədqiqat
IMvigor130 tədqiqatı
İlk tədqiqat əvvəllər heç müalicə almamış 4. mərhələ keçid epitel hüceyrəli sidik sistemi (sidik kisəsi, sidik axarı, böyrək ləyəni) xərçənglərində kimyaterapiya və immunoterapiyanın effektivliyini qiymətləndirən IMvigor130 adlı faza-III klinik tədqiqatidi.
Tədqiqata 35 ölkədən 1213 xəstə daxil edildi. Xəstələrin % 50-si sisplatin tərkibli kimyaterapiya ala bilməyənlərdən ibarət idi. Tədqiqat üçqollu planlaşdırıldı:
- Sisplatin və ya karboplatin üstəgəl gemsitabin üstəgəl atezolizumab immunoterapiyası,
- Təkbaşına atezolizumab,
- Sisplatin və ya karboplatin üstəgəl gemsitabin ikili kimyaterapiya rejimi.
Nəticələr
- Kimyaterapiyaya immunoterapiya əlavə ediləndə xəstəliyin pisləşməsinə qədər keçən müddət, yəni proqressiyasız sağqalım müddəti (PFS)əlavə 2 ay yaxşı idi (8 aya qarşı 6 ay). Ümumi sağqalım əlavə 2.6 ay yaxşı idi (16 aya qarşı 13.4 ay).
- Xəstə alt qrupları qiymətləndiriləndə PD-L1 səviyyəsindən asılı olmayaraq immunoterapiyaya əlavə edilən kimyaterapiya rejimində xüsusilə sisplatin tərkibli kimyaterapiya ala bilən xəstələrdə bu kombinasiyanın daha təsirli olduğu göstərildi.
- Yalnız kimyaterapiya alanlarla müqayisədə kimyaterapiya üstəgəl immunoterapiya alanlarda əlavə təsirlər və əlavə təsirə görə müalicəni yarımçıq saxlamaq baxımından fərq tapılmadı.
Nəticədə IMvigor130 tədqiqatımetastatik sidik sistemi xərçənglərində əvvəllər müalicə almamış, xüsusilə sisplatin ala biləcək, ümumi performans vəziyyəti uyğun xəstələrdə atezolizumab və kimyaterapiya kombinasiyasını düşünülə biləcək müalicə protokollarından biri kimi müəyyən etdi.
Pembrolizumab üstəgəl nab-paklitakseli qiymətləndirən faza-II tədqiqat
İkinci tədqiqat əvvəllər platin tərkibli kimyaterapiya almış metastatik sidik sistemi xərçənglərində nab-paklitaxel kimyaterapiyasına pembrolizumab immunoterapiya vasitəsinin əlavə edildiyi faza II tədqiqatdır. Tədqiqata əvvəllər platin tərkibli kimyaterapiya almış 70 xəstə daxil edildi.
- Nab-paklitaksel və pembrolizumab kombinasiyası ilə əldə edilən ümumi cavab nisbəti %40-dır. Xəstələrin %14-ündə tam cavab əldə edildi.
- Xəstəliyin pisləşməsinə qədər median müddətin (PFS) 5 ay olduğu müşahidə edildi.
- Bu faydanın immunoterapiyalar üçün mühüm göstəricilər olan PD-L1 və ya şiş mutasiya yükündən asılı olmadığı müəyyənləşdirildi.
- Əlavə təsirlər baxımından nab-pakltaxel kimyaterapiyasına bağlı 1. və 2. dərəcəli neyropatiyadan (sinir zədəsi) başqa ciddi əlavə təsir görülmədi.
Nəticə olaraq, sidik kisəsi xərçəngində yaxın vaxtlarda birinci xətt müalicədə immunoterapiyanın kimyaterapiya ilə birlikdə istifadəsi standart olacaq kimi görünür; buna görə gələcəkdə ikinci xəttdə nab-paklitaksel və pembrolizumabın yerinin necə olacağı aydın deyil. Tədqiqat əvvəllər immunoterapiya ala bilməmiş xəstələrdə ikinci xəttdə Nab-paclitaxel pembrolizumab kombinasiyasının standart müalicələrdən daha təsirli olduğunu düşündürür.
Mənbələr
Atezolizumab with or without chemotherapy in metastatic urothelial cancer (IMvigor130): a multicentre, randomised, placebo-controlled phase 3 trial.
Lancet 2020.
2. PEANUT trial. P. Giannatempo et al.
Pembrolizumab and nab-paclitaxel as salvage therapy for platinum-treated, locally -advanced or metastatic urothelial carcinoma.
AACR 2020 / Abstract 10539.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.