Metastatik xərçəng prosesi ən yaxşı necə idarə olunur?

Bu məqalədə
Xərçəngli hüceyrələrin başqa toxuma və orqanlara yayılmasına metastaz, metastatik xərçəng və ya 4-cü mərhələ xərçəng deyilir. Metastatik xərçəng üçün irəliləmiş xərçəng tərifi də istifadə olunur.
Metastatik xərçəngin adlandırılmasında yayıldığı nahiyələrin adı birbaşa çəkilmir. Məsələn, süd vəzi xərçəngi irəliləmiş mərhələdə sümüyə yayılıbsa, buna sümük xərçəngi deyil, metastatik süd vəzi xərçəngi deyilir.
Bu yazımızda metastatik xərçəng prosesi, müalicəsi, müalicələrin məqsədi və bu dövrü mənəvi və emosional baxımdan ən yaxşı idarə etməyə kömək edəcək məlumatlar topladıq.
Metastatik xərçəngə malik olmaq nə deməkdir?
Əvvəllər metastatik xərçəng xəstələri daha məhdud müddət yaşayırdı. Bu gün isə metastatik xərçəngli xəstələrin yaşam müddətlərini daha çox uzatmaq və həyat keyfiyyətlərini artırmaq üçün inkişaf etmiş müalicə üsulları var. Müalicələr irəliləmiş mərhələ xərçəngləri tam sağalda bilməsə belə, xəstəyə mütləq müalicə şansı təqdim olunur.
Həmçinin metastatik xərçənglər də artıq öz daxilində qruplara ayrılır; oliqometastaz dediyimiz, xərçəngin az sayda orqana metastaz verməsi ilə çoxsaylı orqanlara metastaz verməsinin nəticələri eyni deyil. Oliqometastatik xərçənglərdə daha uzun müddət xəstəliyi nəzarətdə saxlamaq, hətta bəzən bütün xərçəng əlamət və tapıntılarını aradan qaldırmaq mümkün olur.
4-cü mərhələ xərçəngdə xəstəliyin daha yaxşı gedişinin göstəriciləri bunlardır:
- az sayda metastaz (oliqometastatik xərçəng)
- limfa düyünlərinə və ya sümüklərə metastaz
- hormona həssas xərçəngə malik olmaq (süd vəzi və prostat xərçənglərininəksəriyyəti)
Xərçəng təbabətindəki irəliləyişlərlə son illərdə metastatik xəstələrin aylarla, hətta bəzən illərlə yaxşı həyat keyfiyyəti ilə yaşaması olduqca ümidvericidir.
Metastatik xərçənglərdə hansı müalicələr tətbiq olunur?
Xərçəngnəzarətsiz hüceyrə çoxalması ilə xarakterizə olunan, çoxsaylı fərqli növləri olan xəstəliklər qrupudur. Tətbiq ediləcək xərçəng müalicəsi xərçəngin növünə, mərhələsinə (yayılma dərəcəsinə), xəstənin yaşına, ümumi sağlamlıq vəziyyətinə, əvvəlki müalicələrə və digər amillərə görə dəyişir.
Metastatik xərçəng müalicələri arasında kimyaterapiya, immunoterapiya, hormon müalicəsi, hədəfə yönəlmiş ağıllı dərmanlar, əməliyyat və radioterapiya kimi seçimlər var.
Metastatik xərçənglərdə müalicələrin məqsədi nədir?
Xərçəng diaqnozu almış bir çox xəstədə müalicənin məqsədi xərçəngi sağaltmaqdır. Bu, xərçəng xəstəliyinin tam sona çatması deməkdir. Lakin xərçəngin tam müalicəsi metastatik xərçənglərdə həmişə real hədəf olmaya bilər. Metastatik xərçənglərdə müalicələrin məqsədi çox vaxt xəstəliyin irəliləməsini dayandırmaq və xəstənin həyat keyfiyyətinə töhfə verərək yaşam müddətini uzatmaqdır. Müalicənin hədəflərini daha aydın etmək üçün 4 hissəyə ayıraq:
- Xərçəngin özündən qaynaqlanan şikayətləri minimuma endirmək
- Xərçəngə qarşı tətbiq olunan müalicələrin yan təsirlərini minimuma endirmək
- Xəstənin həyat keyfiyyətini ən yaxşı səviyyədə saxlamaq
- Xəstəyə mümkün olan ən uzun yaşam müddətini təmin etmək
Hər xəstədə prioritet fərqli ola bilər. Xəstə üçün hansı prioritetdirsə, həkiminə və qayğı komandasına bildirməsi mühümdür. Metastatik xərçəng xəstəsisinizsə, buna yönəlmiş müalicə almaq daha uzun yaşamağınıza və özünüzü daha yaxşı hiss etməyinizə kömək edə bilər. Müalicə alıb-almamaq sizin qərarınızdır.
Uzunmüddətli perspektivdə xərçənglə yaşamaq
Metastatik xərçənglə yaşamağın çətinlikləri var. Çətinliklər həm xəstə, həm də yaxını üçün fərqlidir.
- Xərçəng xəstələrinin qayğısı ilə məşğul olan yaxınları üçün 6 tövsiyə
- Əhatə etdiyi çətinliklərə bunlar daxil ola bilər;
- Əvvəllər xərçəng müalicəsi almısınızsa və xəstəliyiniz təkrarlanıbsa, ümidsiz, qəzəbli, kədərli və ya ailəniz daxil heç kimin sizi anlamadığını hiss edə bilərsiniz.
- Güclü təşviş halında tibbi müalicə qədər psixoloji dəstək ehtiyacı da önə çıxır. • Testlər, həkim görüşləri və qərarvermə prosesi sıxıntı yarada bilər.
- Ailəniz və dostlarınızla xərçəng haqqında danışmaq yorucu ola bilər.
- Yorğun hiss etsəniz və ya müalicənin yan təsirləri olsa, gündəlik fəaliyyətlərdə köməyə ehtiyacınız ola bilər.
- Müalicə xərclərinin öhdəsindən gəlmək - Sığortanız olsa belə, hər şeyi əhatə etməyə bilər.
Metastatik xərçənglə bağlı çətinliklərin öhdəsindən gəlmək
Vəziyyətinizi anlamaq və dəqiq qərar vermək üçün ikinci rəy almaq istəyə bilərsiniz. Bir çox həkim fərqli onkoloqlardan rəy almağı təşviq edir. Həkiminiz və müvafiq səhiyyə komandanız xəstəlik və müalicənin yan təsirlərini minimuma endirməyə kömək edir.
Hisslər və həyat tərzi dəyişiklikləri də metastatik xərçənglə yaşamağın mühüm hissəsidir. Öhdəsindən gəlmək yollarına bunlar daxildir:
- Metastazı öyrənin – Mümkün olan hər şeyi və ya yalnız əsas məlumatları bilmək məlumatlılığınızı artırır.
- Vəziyyətiniz barədə məsləhətçi ilə danışa bilərsiniz - Məsələn, psixoloq, psixiatr və ya onkologiya sosial işçisi.
- Stressinizi idarə edə bilərsiniz – İncəsənət terapiyaları, meditasiya, yoqa və ya musiqi terapiyası kimi stress səviyyənizi azaltmağa kömək edəcək bir çox seçim var.
- Özünüzü daha yaxşı hiss etdirəcək hər şey – Bunları siz düşünə bilərsiniz. Məsələn, ibadət etmək, məsləhətçi və ya inancınıza görə din xadimləri ilə danışmaq kömək edə bilər.
Xərçəngdən sui-istifadələrdən uzaq durmalısınız
Xərçəng təəssüf ki, kommersiya məqsədli sui-istifadələrin də ən çox yaşandığı xəstəlikdir. Şişirdilmiş vədlərlə hər növ xərçəngin sağala biləcəyini deyənlərin ardınca getmək maddi-mənəvi, hətta həyatı itirmək bahasına zərərlərə səbəb olur. Zərdəçal, reishi göbələyi, yüksək doza C vitamini, qələvi müalicələr, ozon müalicəsi, Kuba xərçəng peyvəndi, insulinli müalicə, ökseotu, homeopatiya və kannabis yağı kimi alternativ tətbiqlərin hər biri üçün indiyə qədər onlarla elmi araşdırma aparılmış, lakin heç birinin insanlarda şişi kiçildən təsiri göstərilməmişdir və buna görə alternativ tibb tətbiqi kimi təsnif edilmişdir. Bu alternativ tibb tətbiqləri və fitoterapiyalar nə bu gün, nə də gələcəkdə xərçəng müalicəsi kimi xəstələrə fayda verməyəcək.
- Xərçəngdə tamamlayıcı və alternativ müalicələrə ehtiyac hiss edilməsinin 7 səbəbi
Hisslərinizin və narahatlıqlarınızın fərqində olun
Müalicənizdə hər şey gözlənildiyi kimi getsə belə, qorxular və narahatlıqlar haqqında danışmaq çox mühümdür. Həkiminizə və səhiyyə komandanıza emosional vəziyyətiniz barədə məlumat verin. Unutmayın, bu gün metastatik xərçəngli şəxslər illərlə yaşaya bilir. Həkiminiz sizə mümkün olan ən yaxşı həyat keyfiyyətini təmin etməyə kömək edəcək.
Marağınızı çəkə bilər:
Xəstə, xəstənin yaxını və həkim arasında ünsiyyət necə olmalıdır?
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.