Mikrobiota yaşa və xəstəliyə görə necə dəyişir? Bunun əhəmiyyəti nədir?

Bu məqalədə
Sağlam qidalanma, idman və yaxşı əhvalın mikrobiotamıza müsbət təsir etdiyi düşünülür. Mikrobiotanın sağlam olması da irəli yaşlarda yaranacaq bir çox xroniki xəstəliyin riskini azaltmağa kömək edəcək. Bəs, irəli yaş, qidalanma və həyat tərzi kimi amillər mikrobiotaya necə təsir edir? Gəlin bu sualın cavabını birlikdə kəşf edək.
Mikrobiotalar insan bədənində (əsasən bağırsaqda və dəridə) yerləşən zərərsiz mikroorqanizmlərdir. İnsan bədənində insan hüceyrələrinin sayından çox mikroorqanizm var, lakin həcmcə çox kiçik olduqları üçün insan çəkisinin yalnız 50-100-də birini mikrobiota təşkil edir.
Xüsusilə yaş, xəstəlik vəziyyəti və qidalanma bağırsaq mikrobiologiyasına mühüm təsir edə bilər və bir çox elmi tədqiqat istehlak olunan qidaların mikrobiotada mühüm dəyişiklik yarada bildiyini göstərir. Floradakı bakteriyalar müəyyən nisbətdə faydalı və zərərli bakteriyaları əhatə edir. Faydalı/zərərli bakteriya nisbəti azaldıqda “mikrob disbiozu” adlandırdığımız patoloji proses başlayır.
Həyatın ilk illərində mikrobiotanın təbiəti daha sabitdir. Lakin yaş artdıqca bu sabitliyin itirildiyi və yaşla əlaqəli disbiozun yaranmağa başladığı hallar ortaya çıxa bilər. Ancaq bu vəziyyət yalnız xronoloji yaşla (yaşanmış illərin sayı ilə) əlaqəli deyil. Bioloji yaşla (fizioloji yaşla) da sıx bağlıdır. Başqa sözlə, şəxsdə disbioz yaranması üçün onun orta yaşlı olması yetərli amil deyil. Şəxsin qidalanma və həyat tərzi bağırsaq sağlamlığına təsir edən ən əsas amillərdəndir.
Yaşlanan mikrobiota necə dəyişir?
Bağırsaq funksiyasının yaşla təsirlənib-təsirlənmədiyi barədə zidd fikirlər var. Lakin heyvanlarda aparılmış əhəmiyyətli sayda elmi sübut bağırsaq funksiyasının yaşla gerilədiyinigöstərir. Aşağıdakı sxemdə fiziologiya, həyat tərzi və sağlamlıq vəziyyəti səbəbindən yaşla əlaqəli inkişaf edən mikrobiota dəyişikliklərini görə bilirik.
Şəkil: Yaşlanan mikrobiotada dəyişikliklər: Mikrobiotadakı yaşa bağlı dəyişikliklər fiziologiya, həyat tərzi və sağlamlıq vəziyyətindən qaynaqlanır. Bu amillərin hər biri mikrobiotanın bəzi üzvlərinin nisbi bolluğundakı dəyişikliklərlə əlaqəlidir. Müşahidə olunan artım və ya azalmaları izah edə biləcək bəzi davranış, metabolik və fizioloji mexanizmlər sadalanmışdır.

Xəstəlik, iltihab və irəli yaşın mikrobiota ilə əlaqəsi
İltihab, immun sistemininorqanları infeksiya və zədələnmədən qorumağa çalışdığı zaman yaranır. İltihab mikrobiotaya da mənfi təsir edə bilər. Bir çox xəstəliyə bağlı inkişaf edə bilən iltihab yaş artdıqca da ortaya çıxa bilər. İrəli yaş xroniki və metabolik sağlamlıq problemləri, qan dövranındakıiltihab markerlərinin konsentrasiyasının artması ilə xarakterizə olunur. Bunun üçün hətta “inflammaging” termini istifadə edilir (“inflamm-aging” ingiliscə “Inflammation” yazılan “iltihab” və “Aging” yazılan “yaşlanma” sözlərinin birləşməsidir). Aşağı dərəcəli iltihab bir çox funksional sistemin yaşla geriləməsi ilə əlaqəli ola bilər. Məsələn, siçanlarda tədqiqatlar yaşla bağırsaqda musin istehsalının azaldığını və beləliklə selik təbəqəsinin nazildiyini göstərir. Musin istehsalının azalması iltihabi cavabların artması ilə əlaqələndirilə bilər. Bunun səbəbi musinin mikrobların epitel hüceyrələrlə birbaşa təmasını əngəlləyərək həzm sistemində qoruyucu təsir göstərməsidir. Musin təbəqəsi itdikdə mikroblar asanlıqla epitel qatına çata və iltihabi cavab yarana bilər. Həmçinin musin bakteriya ştammları üçün yaxşı qida mənbəyidir. Lakin bağırsaqdakı iltihabi cavab hər zaman mikrobiotadakı dəyişikliklərlə əlaqəli olmadığı kimi, mikrobiota dəyişiklikləri də yalnız yaşla əlaqəli deyil. Mikrobiotada və iltihabi cavabda dəyişikliklər bir çox xəstəliyin nəticəsi olaraq qarşımıza çıxa bilər. Xəstəliklərdə mikrobiotadakı bakteriya ştammları arta və ya azala bilər. Xəstəlik-mikrobiota və yaşlanma-mikrobiota əlaqəsi barədə daha ətraflı məlumat üçün aşağıdakı sxemi birlikdə araşdıraq:
|
↓ |
Akkermansiaceae / Akkermansia muciniphila Bacteroidaceae / Bacteroides thetaiotaomicron Bacteroidaceae / Bacteroides uniformis Bacteroidaceae / Bacteroides ovatus |
|
|
↓ |
Akkermansiaceae / Akkermansia muciniphila Lachnospiraceae / Roseburia spp Ruminococcaceae / Faecalibacterium prausnitzii |
|
|
Yüzyaşlılar (99-104 yaş aralığındakı şəxslər) |
↓ |
Lachnospiraceae /Clostridium immunis Lachnospiraceae / Coprococcus spp Prevotellaceae / Prevotella spp Akkermansiaceae / Akkermansia spp Venillonellaceae / Megamonas spp Rikenellaceae Porphyromonoadaceae / Parabacteroides spp Odoribacteraceae / Butyricimonas spp Ruminococcaceae / Faecalibacterium prausnitzii Eubacteriaceae / Eubacterium rectale Ruminococcaceae /Ruminococcus |
|
↑ |
Akkermansiaceae / Akkermansia muciniphila Lachnospiraceae / Roseburia spp Enterobacteriaceae /Methanobacteriaceae /Comamonadaceae/Bifidobacteriaceae /Bifidobacterium Christensenellaceae |
|
|
Sağlam bağırsaq |
↑ |
Akkermansiaceae / Akkermansia muciniphila Bacteroidaceae / Bacteroides vulgatus Bacteroidaceae / Bacteroides uniformis |
|
İnsulinə davamlılığın mövcudluğu |
↑ |
Prevotellaceae / Prevotella copri Bacteroidaceae / Bacteroides vulgatus |
|
Kövrəklik (Fragility) sindromu |
↓ |
Lachnospiraceae / Lachnospiraceae spp Prevotellaceae / Prevotella spp Ruminococcaceae /Faecalibacterium prausnitzii |
|
↑ |
Rikenellaceae / Alistipes spp Eubacteriaceae / Eubacterium dolichum Coriobacteriaceae / Eggerthella lenta Enterobacteriaceae |
|
|
İltihab vəziyyətləri (məsələn, iltihabi bağırsaq xəstəliyi, artrit, xoralı kolit və s.) |
↓ |
Lachnospiraceae / Roseburia spp Ruminococcaceae / Faecalibacterium prausnitzi |
|
↑ |
Prevotellaceae / Prevotella copri |
|
|
Damar sərtləşməsi |
↓ |
Bacteroidaceae / Bacteroides vulgatus Bacteroidaceae / Bacteroides dorei Lachnospiraceae / Roseburia spp |
|
↑ |
Ruminococcaceae / Ruminococcus |
|
|
CRP (C-reaktiv zülal) yüksəkliyi (iltihabi marker) |
↑ |
Streptococcaceae / Streptococcus infantis spp Peptoniphilaceae / Peptoniphilus spp |
|
Metabolik markerlərdəki pozğunluq (məsələn, yüksək qan şəkəri və xolesterin problemi) |
↑ |
Streptococcaceae / Streptococcus infantis spp Yersiniaceae / Serratia spp |
|
HIV müsbətliyi (AIDS xəstəliyi) |
↓ |
Akkermansiaceae/ Akkermansia spp Clostridiaceae / Clostridium spp Bifidobacteriaceae / Bifidobacterium spp Selenomonadaceae / Anaerovibrio spp Lachnospiraceae / Roseburia spp Coriobacteriaceae / Eggerthella spp |
|
↓ |
Bacteroidaceae / Bacteroides vulgatus Rikenellaceae / Alistipes spp Lachnospiraceae / Roseburia spp |
|
|
↑ |
Bacteroidaceae / Bacteroides fragilis |
İrəli yaşla mikrobiotanın əlaqəsindən fərqli olaraq, kövrəklik (frailty) sindromunda görülən mikrobiota dəyişiklikləri xronoloji yaşdan (təqvim yaşı) daha çox bioloji yaşlanma ilə əlaqəlidir. Kövrəklik sindromu bioloji yaşlanmaya bağlı bədən funksiyalarının azalması nəticəsində stressə fizioloji cavabın azalması kimi müəyyən edilir. Kövrəklik sindromu yaşayan şəxslərin mikrobiotasında ən aşkar xüsusiyyət müxtəlifliyin itirilməsidir. Bu, bir çox fərqli səbəbdən yarana bilər. Bunlara sağlam qidalana bilməmək, sağlamlıq vəziyyətinə görə idman edə bilməmək, iltihab, uzun müddət xəstəxanada qalmaq və antibiotik kimi dərmanların uzun istifadəsi daxildir. Qidalanmaya bağlı mikrobiota müxtəlifliyinin azalmasında ən mühüm amilin lifli qidaların yetərsiz istehlakı olduğu düşünülür. Tədqiqatlar kövrəklik sindromlu şəxslərdə Qısa Zəncirli Yağ Turşularının (KZYA) azaldığını göstərir. KZYA bağırsaqdakı bakteriyaların karbohidrat və lifləri fermentasiya edərək istehsal etdiyi üzvi turşulardır. Bağırsaq və ümumi sağlamlığa bir çox mühüm faydası olan KZYA-ya asetat, butirat və propionat daxildir. Lakin ən faydalı və mühüm yağ turşusu butirat turşusudur. KZYA səviyyəsi aşağı xəstələrdə bağırsaq baryer funksiyalarının pozulması və artmış bağırsaq keçiriciliyi görülür.
- Əlaqəli mövzu: Sağlam qidalanma nədir?
- Əlaqəli mövzu: Xərçəng üçün pəhriz və sağlam qidalanma tövsiyələri – 2020 bələdçisi
Yüzyaşlıların (99-104 yaşlı şəxslər) və yarı-superyüzyaşlıların (105-109 yaşlı şəxslər) isə bioloji yaşları xronoloji yaşlarından gəncdir. Bunun onların uzunömürlülüyünün sirri olduğu düşünülür. Yüzyaşlılar və yarı-superyüzyaşlılarda aparılan tədqiqatlar onların mikrobiotasındakı müxtəlif bakteriya ailələrinin ümumi sağlamlıqlarına müsbət təsir göstərdiyini, beləliklə ömürlərini uzatdığını irəli sürür. Həmçinin sağlam həyat tərzi və qidalanma vərdişlərinin bioloji yaşın gənc olmasına töhfə verdiyi düşünülür. Xüsusilə Lachnospiraceae, Ruminococcaceae və Akkermansia ailəsinə aid ştammların artması, uzun ömürlə əlaqələndirilir. Uzunömürlülükdə mikrobiota müxtəlifliyini ən çox artıran amilin meyvə, tərəvəz, quru paxlalılar və tam taxıllar kimi sağlam qidalardan alınan lif olduğu düşünülür.
- Əlaqəli mövzu: Nə qədər qida lifi istehlak etməliyik?
Xülasə və şərh
Xəstəliklərdə bağırsaq mikrobiotasındakı faydalı bakteriyaların azalması elmi tədqiqatlarla dəstəklənir. Bununla belə, bioloji yaşlanmanın bağırsaq mikrobiotasına xronoloji yaşlanmadan daha çox təsir etdiyi düşünülür. Yarı-superyüzyaşlılar və yüzyaşlıların bağırsaqlarındakı faydalı bakteriyaların (xüsusilə Lachnospiraceae, Ruminococcaceae və Akkermansia) artması da bunu dəstəkləyir. Səbəb bu şəxslərin xronoloji yaşlarının yüksək, bioloji yaşlarının isə gənc olmasıdır. Sağlam mikrobiota üçün ən mühüm amillərdən birinin liflə zəngin, sağlam və balanslı pəhriz modeli ilə qidalanmaq olduğunu deyə bilərik. Həm ümumi, həm də bağırsaq sağlamlığınıza töhfə vermək üçün müntəzəm idman etməyi, yetərli su içməyi və Aralıq dənizi pəhrizi modeli kimi balanslı, sağlam və liflə zəngin qidalanma modeli ilə qidalanmağı tövsiyə edirik.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.