2018-də xərçəng müalicələrinə istiqamət verəcək 7 tendensiya

Bu məqalədə
2018-də xərçəng xəstələrinin həyatına təsir edəcəyi gözlənilən halları və mühüm tendensiyaları sizin üçün açıqladıq. .

1- Daha az kimyaterapiya
Son hesabatlara görə erkən mərhələli süd vəzi xərçəngində 2013-2015 illəri arasındakı 2 ildə kimyaterapiya tətbiqi təxminən % 21 ilə % 34 aralığında azalmışdır. 1. və 2. mərhələli süd vəzi xərçəngi diaqnozu qoyulmuş qadınlarda kimyaterapiyanın müalicədə istifadəsindəki azalma diqqətçəkicidir. Bu tendensiyanın iki əsas səbəbi ümumi müalicə məlumatlılığı və erkən mərhələli süd vəzi xərçəngində kimlərin kimyaterapiya almaya biləcəyini proqnozlaşdıran genetik testlərdir. Bununla belə, beynəlxalq süd vəzi xərçəngi müalicə təlimatlarında bu anlayış kifayət qədər oturuşmasa da, kimyaterapiya verməmək seçimi lazım olduğundan çox istifadə edilmiş ola bilər və süd vəzi xərçənginin müalicəsinə yönəlmiş bu yanaşmanın qeyri-müəyyən tərəfləri hələ çoxdur. Yəqin ki, süd vəzi xərçənginin alt növlərini və genetikasını daha yaxşı anlamağımızla gələcəkdə erkən mərhələli süd vəzi xərçəngi xəstələrinin bəzilərinə kimyaterapiya verməmək daha çox seçilə bilər.

2- Yeni xərçəng dərmanları
Müəyyən molekulyar dəyişikliklər olan şişlər üçün hədəfə yönəlmiş dərmanların sayı hər il artır. Nümunələr arasında süd vəzi və prostat xərçəngləri üçün yeni nəsil hormonal müalicələr, ağciyər xərçəngində EGFR və ya ALK kimi genetik dəyişiklikləri hədəfləyən dərmanlar və süd vəzi xərçənglərinin bəzi növləri ilə yumurtalıq xərçəngində təsdiqlənmiş DNA bərpa mexanizmini əngəlləyən PARP inhibitorları vardır. Bu hədəfli agentlərin çoxu həb şəklindədir.
İmmun sistemini şişə qarşı aktivləşdirən xərçəng immunoterapiyası dərmanları 2012-dən sonra xərçəng təbabətinə daxil olaraq yeni dövr başlatmışdı. PD-1 və PD-L1 kimi hüceyrə səthi reseptorları vasitəsilə təsir göstərən anticisim quruluşlu bu immunoterapiyalar hər il daha çox sayda və növdə xərçəngdə ömür uzunluğuna töhfə verərək təsdiq almağa davam edir.
Rituksimab (Mabthera) və trastuzumab (Herceptin) leykoz və süd vəzi xərçəngi müalicələrində yaxşı tanınan və standartlaşmış anticisim quruluşlu iki ağıllı dərmandır. Kadcyla və yaxın vaxtlarda Besponsa adı ilə FDA təsdiqi alan inotuzumab yeni nəsil ikili dərmanlara nümunədir (tək bir dərmanda anticisim və kimyaterapiya agentinin olması). Qısası, anticisim quruluşlu bioloji agentlərin xərçəng müalicəsində rolu getdikcə artır. .

3. Xərçəng dərmanlarının artan qiyməti ilə bağlı narahatlıq
Xərçəngin fərdlər və cəmiyyət üçün maliyyə çətinlikləri məsələsi daha çox dərman əlçatan olduqda və mövcud dərmanların patent müddəti bitdikdə qismən həll olunsa da, mövcudluğunu davam etdirəcək kimi görünür. Buna görə düzgün strategiyalarla xərçəngdən qorunmanı nəzərdən keçirməli və xərçəngdən qoruyacaq həyat tərzini hələ uşaqlıq dövründə mənimsətməliyik. Bəs qısa müddətdə xərçəng dərmanlarının yüksək və artan qiymətləri üçün bir şey etmək olmazmı? Əslində edilir. Yeni xərçəng dərmanlarının demək olar hamısı əvvəlcə bu sahədə dünyada aparıcı qurum olan Amerika Qida və Dərman İdarəsi FDA tərəfindən təsdiqlənir. Əlbəttə, FDA tərəfindən təsdiqlənməsi və ABŞ-da ödənişin qarşılanması əhatəsinə alınması ölkəmizdə və ABŞ-dan kənar digər ölkələrdə də dərhal istifadə oluna biləcəyi demək deyil. FDA təsdiqindən sonra daha geniş istifadə imkanı tapması ilə dərmanın aydın şəkildə fayda verdiyinin göstərilməsi və eyni zamanda ölkələrin maliyyə imkanları daxilində milli təsdiqlər gündəmə gəlir. Bununla belə, “fayda” və ya “dəyər” anlayışı onkoloqlara, xəstələrə, iqtisadçılara və ya ödənişi qarşılayan qurumlara görə dəyişə bilən mübahisəli mövzudur. .

4. Diaqnostika prosesi və genetik xərçəng testlərinin ödənişləri
Xərçəng təbabətində artıq şişlərlə uyğunlaşan molekulyar/genetik xüsusiyyətlərə malik dərmanlardan istifadə etmək və bu dərmanların xüsusiyyətlərini bilmək çox mühümdür. Genetik test nəticəsində istifadə olunan hədəfə yönəlmiş dərmanların sayı hər il artsa da, indiyədək ölkəmizdə Sosial Təminat Qurumu tərəfindən ödənişi qarşılanan bu əhatədə bir genetik test yoxdur. FDA isə hədəfə yönəlmiş xərçəng dərmanlarının uyğunluğunu müəyyən etmək üçün ilk əhatəli genetik test təsdiqini Foundation One CDx ilə Noyabr 2017-də vermişdir və bu testin ABŞ-dakı qiyməti 5800 Dollardır. Bu sahədə müzakirələr genetik testlərin qiyməti qədər keyfiyyəti ilə də bağlıdır. Həkimlər və xəstələrin etibarlı və təkrarlana bilən nəticələrə ehtiyacı vardır. Buna görə onkoloji dərmanlarda və klinik qərarlarda payı artan bu testləri həyata keçirən laboratoriyaların akkreditasiyası getdikcə daha çox əhəmiyyət qazanır. .

5. Şişin yarandığı orqandan asılı olmayan xərçəng dərmanları
Xərçəng hüceyrələrindəki molekulyar dəyişikliklərin müəyyən edilərək bu hədəflərə yönəlmiş xərçəng dərmanlarının tətbiqi 2010-dan sonra xərçəng təbabətinin əsas mövzusu olmuşdur. Bununla belə, ilk dəfə May 2017-də FDA şişin yarandığı orqandan asılı olmayaraq müəyyən genetik dəyişiklikləri (yüksək mikrosatellit qeyri-sabitliyi) olan xərçənglər üçün immunoterapiya dərmanı pembrolizumaba (ticarət adı Keytruda) təsdiq verdi.
Bu mövzuda digər yenilik İyun 2017-də illik ASCO Konqresindəyaşandı: xüsusilə nadir xərçənglərdə yüksək nisbətdə tapıla bilən genetik dəyişiklik və ona yönəlmiş yeni dərman diqqət çəkdi. Bəzi xərçəng hüceyrələrində tropomiozin reseptor kinaz (TRK) geninin başqa genlərlə birləşərək xərçəng hüceyrələrinə davamlı böyümə və çoxalma siqnalı göndərən anormal zülalların istehsalına səbəb olduğu tapıldı və bu zülalları əngəlləyən larotrectinib aktiv maddəli dərman sınaqdan keçirildiyi TRK pozitiv 17 müxtəlif xərçəng növündə 50 xəstədən 38-də şişi kiçiltdi.
Bununla belə, masa arxasında qurulan ssenarilər həmişə real həyatda özünü doğrultmur. Məsələn, süd vəzi xərçəngində HER2 və HER3 mutasiyalarına qarşı son hazırlanmış dərmanlardan olan neratinibeyni mutasiyaya malik tüpürcək vəzi və öd axarı xərçəngi xəstələrində effektivlik göstərmiş, lakin yoğun bağırsaq xərçəngində göstərməmişdir. .

6. Xəstənin bildirdiyi nəticələr (Pattient-Reported Outcomes = PRO)
Xərçəng xəstələrinin özlərini necə hiss etməsi mühümdür. Bu həmişə belə olub, lakin xərçəng təbabətində həm həkimlər, həm səhiyyə xidməti təminatçıları, həm də xəstələr müalicənin nə dərəcədə faydalı olub-olmamasına daha çox əhəmiyyət veriblər və ağrı, ürəkbulanma, yorğunluq kimi şikayətlərlə bağlı subyektiv hallara çox diqqət yetirməyiblər. Müalicələrin sayı, növü, uğuru və müalicə ilə sağlamlığına qovuşub normal həyatına davam etməyə çalışan insanların sayı artdıqca həyat keyfiyyəti də xərçəng müalicəsinin mərkəzinə doğru keçməyə başlamışdır. Belə vəziyyətdə texnologiyanın da töhfəsi ilə xəstələr artıq öz vəziyyətlərini, həyat keyfiyyətlərini və müalicə yan təsirlərini bu məqsədlə xüsusi hazırlanmış ağıllı telefon tətbiqləri ilə özləri bildirməyə başlamışlar. Xəstənin bildirdiyi nəticələryeni dərmanlar arasındakı incə fərqlərin müəyyən edilməsində, eləcə də müalicələrin risk və faydalarının izlənməsində mühümdür. .

7. Süni intellekt
Onkoloqlar da daxil olmaqla az sayda həkim tibb elmindəki inkişaflarla ayaqlaşa bilir. Hətta tibbi inkişafların sürətindən ən çox təsirlənənlər – həm müsbət, həm də mənfi mənada – xərçəng mütəxəssisləridir. Belə ki, xərçəng sahəsindəki elmi biliklərin 2020-ci ilə çatdıqda təxminən hər 2 ayda bir ikiqat artacağı proqnozlaşdırılır.
Onkologiya sahəsində çoxlu molekulyar məlumat və 2018-də dünyanın hər yerində gözlənilən təxminən 15 milyon yeni xərçəng hadisəsi vardır. IBM-in Watson-u və ya digər süni intellekt markaları hər gün artan müalicə seçimləri və bilik yığını içində onkologiya mütəxəssislərinə yol göstərə bilər. .

Bəhs etmədiyimiz nə qaldı?
CAR-T hüceyrə müalicəsi bu ilin xərçəng xəbərlərində üstünlük təşkil etdi. Hər xəstədən götürülən, genetik quruluşu xərçəng hüceyrələrinə qarşı tənzimlənən və xəstəyə geri verilən ağ qan hüceyrələrini ehtiva edən bu bioloji müalicə mövcud müalicə seçimi qalmayan, bütün müalicələrə davamlı müəyyən leykoz və limfoma növləri üçün böyük ümid olmuşdur. Lakin yenə də CAR-T müalicələrini təhlükəsiz və effektiv şəkildə istehsal etmək imkanına şübhə ilə yanaşılır.
Klinik tədqiqat nəticələrini maraqla gözlədiyimiz və son illərin ən mühüm elmi inkişaflarından biri olan Crispr genetik texnologiyası da 2018-də ən çox danışılacaq mövzulardan biri olmağa davam edəcək.
Xərçəngdən qorunma mövzusuna gəlsək, xərçəngə bağlı həyat itkilərinin, yan təsirlərin və müalicə xərclərinin qarşısını almağın ən yaxşı yolu xəstəliyin yaranmasının qarşısını almaqdır. Bununla belə, siqaret çəkmək, HPV və hepatit B infeksiyasının qarşısını almaq üçün peyvəndlər, alkoqolu azaltmaq, sağlam qidalanmaq kimi həyat tərzlərini mənimsəmək və mənimsətmək mövzusunda çox az inkişaf olduğunu təəssüflə deməliyik. Hazırda orqanik qidalanmaəlavə vitamin və ya bitki ekstraktlarından istifadə etmək sağlam qidalanma kimi qəbul edilir. Həmçinin zərərli kimyəvi maddələrin anlaşılması və kanserogen təsirlərinə məruzqalmanın necə azaldılması kimi mövzularda çox az təşviq var. Bəlkə gələn ilin siyahısında, 2019 üçün bu dəyişər.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.